Altay meşələrində brakonyerlər təqib zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzərinə odun töküblər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Polis dronu qanunsuz olaraq qurumuş ağacları kəsən üç nəfəri aşkarlayıb.
Brakonyerlər ifşa olunduqlarını anlayaraq odunla yüklənmiş yük maşınına minib hadisə yerindən qaçmağa çalışıblar.
Təqibdən yayınmaq üçün onlar hərəkət zamanı yük maşınının kuzovunu xidməti avtomobilin qarşısında qaldıraraq bütün odunları meşə yoluna töküblər.
Buna baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri saxlayıblar.
Xuraman Etibarlı
İnterpress.az






