ABŞ-də gözəllik salonunda şüşə qapı qəfildən “partlayıb”.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
ABŞ-nin Texas ştatında fəaliyyət göstərən gözəllik salonlarından birində qeyri-adi və qorxulu hadisə baş verib. Məkanın girişindəki şüşə qapı açılarkən gözlənilmədən qırılaraq darmadağın olub.
Məlumata görə, salona yeni qəbul edilən qadın əməkdaş qapını açmaq məqsədilə dəstəkdən dartdıqda bütöv şüşə konstruksiya anidən parçalanaraq xırda hissələrə bölünüb.
Hadisə nəticəsində təşvişə düşən əməkdaşın əlində təkcə qapının dəstəyi qalıb. İnsident zamanı xəsarət alanın olmadığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






