Tısbağanı öldürüb video çəkən 15 yaşlı oğlan GÜLƏLƏNDİ – FOTObackend

Tısbağanı öldürüb video çəkən 15 yaşlı oğlan GÜLƏLƏNDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də tısbağanı güllələyib videoya çəkən yeniyetmə qətlə yetirilib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

ABŞ-də küçə qruplaşmaları arasında “nüfuz” qazanmaq istəyən 15 yaşlı Ostin Peyn tısbağanı odlu silahla öldürərək həmin anları videoya çəkib və sosial şəbəkələrdə paylaşıb.

Qanqster olmağı arzulayan yeniyetmənin paylaşdığı bu qəddar kadrlar digər cinayətkar qruplaşma üzvlərinin diqqətini çəkib.

Görüntülər yayıldıqdan qısa müddət sonra dörd yeniyetmə Peynin olduğu yerə gələrək onu odlu silahla qətlə yetirib. Hadisəni törədən şəxslərin hamısı polis tərəfindən saxlanılıb.

Məlum olub ki, saxlanılan hücumçuların heç birinin yaşı 16-dan yuxarı deyil. Faktla bağlı genişmiqyaslı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az