Belə ki, müəssisə cəsəd torbası istehsal edir və illik həcmi 200 min ədəddir. Onun 100 mini ölkə xaricinə, həmçinin Azərbaycana ixrac edilir.
İnterpress.az xəbər verir ki, firmanın qurucusu Gülbən Üçüncü deyib ki, bu işə başlamasına 6 il bundan əvvəl televizorda gördüyü bir görüntü səbəb olub: “Bir uşaq cəsədinin korton qutuda daşındığını gördüm. Bu mənə çox pis təsir etdi. Anam da moda dizayneridir. Bir az araşdırdıqdan sonra atelyeni qurduq. İstehsal etdiyimiz torbalar keyfiyyətinə görə böyük diqqət çəkdi. Hazırda istehsal potensialımız 500 min ədəd olsa da, ancaq 200 min istehsal edə bilirirk. İndi əsas diqqətimiz ixracatı artırmaqdır”.
Fabrikin 3 atelyesində 135 işçi var və bunun da ancaq 5-i kişidir. Gülben Üçüncünün sözlərinə görə, işçilərdən ağlayanlar da olur. Qadınlar daha çox uşaq və şəhidlər üçün torba tikərkən özlərini saxlaya bilməyib ağlayırlar:“İlk işləri anam görməyə başladı. Özü də problemlər yaşadı. Bir həftə təsirindən çıxa bilmədi. Yeni işə başlayanlar da eyni problemi yaşayırlar. Daha sonra isə anlayırlar ki, bu bir tekstil işidir. Problemlər ən çox uşaq cəsədi üçün torba tikənlərlə yaşandı. Bir çox qadın ağlamışdı”.
Atelyedə işçilərə təlim keçən 57 yaşlı Hatice Hür bildirib ki, ən çox psixoloji problemi şəhid cəsədləri üçün torba tikərkən yaşayıb: “Heç cür əlim gəlmirdi. Sonra da özümüzə təlqin etdik ki, bunlar zəruri işlərdir”.
İnterpress.az