Tinni qrupunun elmi məqaləsi Astrophysical Journal Letters nəşrində dərc edilib.
Çəkisi Yerin çəkisindən 4 dəfə çox olan planet, “Wolf 1016” adlı qırmızı сırtdanın ətrafında fırlanan üç planetdən biridir.
“Bu son dərəcə maraqlı kəşfdir: hər üç planetin çəkisi kifayət qədər azdır, bu səbəbdən ehtimal var ki, onların bərk səthləri var”, – tədqiqatların rəhbəri Dunkan Rayt deyir. – “Wolf 1061c” adlı orta planet, “yaşayış zonası” adlanan yerdə yerləşir. Yəni bu planetdə suyun maye şəklində qalması üçün lazımi şərait var. Burada hətta həyat da mövcud ola bilər. Maraqlıdır ki, bu planetin valideyn ulduzu bizə çox yaxındır, demək olar ki qonşuyuq. Yəqin ki, biz bu planetdə həyatın inkişafını müşahidə edə biləcəyik”.
Baxmayaraq ki, bundan əvvəl valideyn ulduzları Günəş sisteminə daha yaxın olan planetlər aşkar edilib, onlar müşahidə üçün əlverişsiz sayılır.
Avstraliyalı alimlər tərəfindən kəşf edilən üç planet nisbətən kiçik və sabit ulduz ətrafında 5, 18 və 67 gün ərzində dövrə vururular. Onların çəkiləri təxminən 1,4 4,3 və 5,2 dəfə Yerin çəkisindən çoxdur.
“Yaşayış zonası”nın sərhədində yerləşən planet də bərk səthə malikdir, lakin burada həyat üçün lazımi istilik yoxdur. Eyni zamanda, digər planet öz ulduzuna çox yaxındır və bu səbəbdən bu dünya da həyat üçün yararsızdır.
Qeyd edək ki, alimlər planetləri Çilidə La-Silyada rəsədxanasında 3,6 metrlik teleskopda HARPS spektroqrafı vasitəsi ilə ulduz sisteminin müşahidəsi zamanı kəşf ediblər.
Tədqiqatçılar bildiriblər ki, planetin Yer kürəsinə yaxın olması burada atmosferin tərkibini öyrənməyə yardımçı olacaq. Bu isə, öz növbəsində, onun həyat üçün yararlılı olub-olmasını müəyyən etməyə kömək edəcək.
İnterpress.az