“İstedadlar Harvardı oxumadan belə yaxşı mütəxəssis kimi yetişə bilərlər”backend

“İstedadlar Harvardı oxumadan belə yaxşı mütəxəssis kimi yetişə bilərlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev Moderator.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Saleh Məmmədovun “100 nəfər Harvard məzunu olsaydı ölkə heç vaxt bu günkü böhranı yaşamazdı” açıqlamasına münasibət bildirib:

\”Professor Saleh Məmmədovun verdiyi təkliflərin bir neçəsi artıq həyata keçirilir. Məsələn, Hər il 100 – lərlə gəncimiz Dövlət vəsaiti hesabına dünyanın aparıcı universitetlərinə təhsil almaq üçün göndərilir. Ancaq biz onların məzun olduqdan sonrakı fəaliyyəti barədə düşünməliyik.

Məsələn, təbiət elmləri üzrə dünyanın aparıcı universitetlərini bitirmiş gənclərimiz bizim tədqiqat institutları və ali məktəblərin nimdaş laboratoriyalarında necə işləsinlər? Onlar üçün həm də tədqiqat şəraiti yaratmaq lazımdır. Məsələn Oksford məzunu Fərid Əhmədovun Azərbaycan Universitetinə rektor təyin olunması müsbət haldır və fərqli təhsil mühitinin yaradılması artıq hiss olunur. Nöqsanlardan biri də ondan ibarətdir ki, tələbələrə nəzəri biliklərin verilməsində də problemlər mövcuddur. Ali məktəb müəllimlərinin çoxu tədris etdiyi fəndə yaranmış yeniliklərin çoxundan xəbərsizdirlər. Yaxud onları dərk etməkdən uzaqdırlar.

Məncə biz universitetləri təkmilləşdirməklə və yeni tədqiqat mərkəzləri yaratmaqla Harvard, Yell, Kembric təcrübəsini bura gətirə bilərik. Qazaxıstanda yaradılan “Nazarbayev Universiteti” buna gözəl nümunədir. Belə bir tədqiqat universitetinin yaradılması vacibdir. Dövlət proqramı ilə istedadlı gənclərimizin dünyanın tanınmış universitetlərində təhsil almağa göndərilməsi insan kapitalına qoyulan investisiyadır. Və bu işin miqyası genişləndirilməli, eyni zamanda həmin məzunlara qayğı göstərilməlidir.

Azərbaycanda elmin populyarlaşdırılması işi çox zəif gedir. Məncə Saleh Məmmədov kimi alimimiz öz sahəsi üzrə bu işə yardımçı olmaqla yanaşı, həm də İqtisad Universitetində aparılan islahatlara bilik və bacarığı ilə dəstək versə yaxşı olar. Gənclərdə elmə motivasiyanın güclənməsi sanballı alimlərdən daha çox asılıdır. Belə olan halda istedadlar Harvardı oxumadan belə yaxşı mütəxəssis kimi yetişə bilərlər.

İnterpress.az