Nigeriya Hərbi Hava Qüvvələri (HHQ) Borno və Zamfara əyalətlərində terror təşkilatı Boko Haram-a qarşı həyata keçirdiyi hava əməliyyatlarında onlarla terrorçunu zərərsizləşdirib.
Bu barədə barədə İnterpress.az mediaya istinadən xəbər verir.
Qurumun sözçüsü Edvard Qabkvet verdiyi açıqlamada ordunun Borno əyalətinin Bukar Meram və Zamfara əyalətinin Maru bölgəsində Boko Harama qarşı hava əməliyyatı həyata keçirdiyini bildirib.
Qabkvet qeyd edib ki, əməliyyatlar zamanı terrorçuların sığındığı düşərgələr bombalanıb, onlarla düşərgə zərərsizləşdirilib.
Əməliyyatlar zamanı təşkilata aid mühüm sursatların ələ keçirildiyini açıqlayan Qabkvet terrorçuların Zamfara vilayətində məskunlaşmağa başladığı təsbit edildikdən sonra vilayətdə əməliyyatların zəruri olduğunu bildirib.
2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.