Azərbaycanda ictimai iaşə dövriyyəsi 20 % artıbbackend

Azərbaycanda ictimai iaşə dövriyyəsi 20 % artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,5 % artaraq 1 milyard 651,1 milyon manat təşkil edib.

İnterpress.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ictimai iaşə dövriyyəsinin 15 milyon 400,5 min manatı dövlət, 1 milyard 635,7 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Hesabat dövrünə özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 %-i hüquqi şəxslərin, 49,5 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 20,8 % artaraq 825,2 milyon manat olub