Polşada Lodz şəhərinin polisi üç Gürcüstan vətəndaşını oğurluqda ittiham edərək saxlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, 35, 46 və 43 yaşlı gürcülər 2023-cü ilin noyabr ayının sonundan 2024-cü il yanvarın 10-dək bir neçə avtomobildən qızıl-zinət əşyaları, sənədlər və nağd pul oğurlayıblar.
İş materiallarından aydın olur ki, onlar avtomobillərin təkərlərini zədələyib, sonra isə əşyaları oğurlayıblar. Hazırda onlar 3 aydır ki, istintaq təcridxanasındadırlar
Faktla bağlı araşdırma aparılır. Cinayət 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.