Qazaxıstanda 6 yaşlı qız illərlə anasının mumiyalanmış cəsədi ilə eyni otaqda yatıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qazaxıstanın Maykain qəsəbəsində yaşayan 6 yaşlı qız illərlə anasının mumiyalanmış cəsədi ilə eyni otaqda yaşayıb. Uşağı nənəsi və xalası böyüdüb.
Yerli KİV-in məlumatına görə, qadınlar vəfat etmiş qohumlarının cəsədlərini bal ilə qarışdırılmış yağla örtüblər. Qızın babasının qalıqları isə qonşu evdə saxlanılıb.
Uşaq bağçaya aparılmayıb, pediatr müayinəsindən keçirilməyib və ona heç bir peyvənd vurulmayıb.
Aparılan ekspertizalardan sonra hər iki qadının anlaqsız olduğu müəyyən edilib və onlar psixiatriya dispanserinə yerləşdiriliblər. Cinayət işi dayandırılıb.
Qızın anası və babası Almaniyadan gələn qohumları tərəfindən dəfn edilib. Hazırda uşaq himayədar ailədə yaşayır və birinci sinifdə təhsil alır.
Məlumata görə, onun sağlamlığında və inkişafında hər hansı kənaraçıxma aşkarlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






