Deputat polis şöbələrini “vurdu”backend

Deputat polis şöbələrini “vurdu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisdə təşkil olunmuş \”Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi\” adlı dəyirmi masada çıxışı zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib.

Deputat bildirib ki, az ağır cinayətlərə uşaqların görə azadlıqdan məhrum edilməsini qadağan etmək mümkündür. “Azərbaycan cinayət məcəlləsinə görə, 14 yaşdan cinayət məsuliyyəti yaranır. Bəzi kateqoriyalara görə, isə 15, 16 və daha çox yaşlarda olur. Bu gün Azərbaycanda azyaşlıların az ağır cinayətlərdə azadlıqdan məhrum etmə halları yox dərəcəsindədir. Ağır və xüsusilə ağır cinayətlər görə isə həbs cəzaları var.

Amma ağır və xüsusilə ağır cinayətlər kateqoriyasında isə müstəsna hallarda cəza illərini yarıya qədər azaltmaq olar.

Uşaq hüquqları Azərbaycan dövləti üçün hər zaman həssas bir məsələ olub. Çünki cəmiyyətimizin 32, 5 faizi yaxud üçdə biri gənclərdir. Dünyada bu ortalama rəqəm 18-19 faizdir. Gənclərin və uşaqların hüquqları Azərbaycan qanunvericiliyi üçün çox mühüm bir məsələdir”. Komitə üzvü hesab edir ki, uşaqlara verilən cəza ilinin azaldılması effekt verməyəcək.

“Uşaqlara tətbiq olunan cəza ilinin 10 ildən 8 ilə endirilməsinin effekt verəcəyinə inanmıram.

Çünki bəzən biz humanizm deyəndə gözümüzün qarşısına yalnız cinayəti törədənlər gəlir. 14 yaşında həbs olunan vətəndaşların 18 yaşına çatanda böyüklər olan cəza çəkmə müəssisələrinə köçürülməsi isə belə də olmalıdır. Çünki biz belə etməsək dilemma qarşısında qala bilərik. 18 yaşlı uşaqlar böyük və həddi buluğa çatmış, vətəni müdafiə edəcək yaş həddindədirlər.

Uşaq məhkəmələrinin qapalı şəkildə keçirilməsi, uşaqların məhkəmə mühitinə uyğunlaşmaması məsələsi uşağın obyektiv ifadə verib-verməməsinə dəlalət edir. Çünki o psixoloji mühitə düşən uşaq qeyri-obyektiv ifadədə də verə bilər.

Təklif edirəm ki, uşaqlara qapalı məhkəmələrlə yanaşı səyyar məhkəmə iclaslarının da keçirilməsi vacibdir. Səyyar məhkəmələr hətta uşaqların təhsil aldığı müəssisələrdə də keçirilə bilər”.

Rafael Cəbrayılov yetkinlik yaşına çatmayan şəxslərlə işləyən polis şöbələrinin fəaliyyətini heç də yaxşı hesab etmir:

“Sovetlər zamanı həddi buluğa çatmayanlarla əlaqədar polis şöbələri daha yaxşı işləyirdilər, nəinki bu gün. Təəssüf ki, polisin bu gün həmin şöbələri üzrə fəaliyyət göstərən əməkdaşı, valideyn və məktəb üçbucağını yaratmaq mümkün deyil.

Cinayət törətmiş, zərər çəkmiş və şahidlik etmiş uşaqların hüquqları ilə bağlı beynəlxalq bir konvensiyanın olması daha düzgün olardı. Şahidin və qurbanın həyatının qorunması məsələsi bütün dünyada var. Həmin qanunlara görə onların adlarının gizlədilməsi, hətta dəyişdirilməsi, yaşayış ünvanlarının gizliliyi məsələləri çox mühümdür. Amma Azərbaycanda bu praktikanın işləyəcəyinə inanmıram. Çünki Azərbaycan kiçik ölkədir”- ”-deyə Rafael Cəbrayılov bildirib.(modern.az)

İnterpress.az