Gürcüstan parlamenti Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Georgi Kalandarişvilini yenidən bu postda təsdiq edib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Onun namizədliyini hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputatlar və müxalifətin bir hissəsi dəstəkləyib.
Məlumata görə, 85 deputat G.Kalandarişvilinin lehinə, 5 deputat isə əleyhinə səs verib.
Parlament həmçinin komissiya üzvlərini də təsdiqləyib.