Bu gün Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı baş tutub. Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlama verərək, Serj Sarkisyanın Dağlıq Qarabağ münagişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürdüyünü bildirib.
Şarmazanov sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir:
– İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;
– Ünvanlı bəyanatlar;
– Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət. (anspress.com)
İnterpress.az