Ermənistan generalların ölümünü gizlədirbackend

Ermənistan generalların ölümünü gizlədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağ və ətraf rayonların – işğal bölgəsinin terrorçu-separatçı rejimin girovunda olduğunu bütün dünyaya bəyan etməliyik.

ABŞ-ın özəl Kəşfiyyat Araşdırmaları Mərkəzinin Avrasiya regionu üzrə baş analitiki­, rus əsilli Yevgeni Çaukovski dincəlmək üçün 5 apreldə Yuxarı Qarabağa getdiyini yazıb. Laçın rayonundan başlayaraq müharibənin hiss olunduğunu və Ermənistanın əlavə qüvvələrini bu dəhlizə yığdığını qeyd edib. O, Xankəndində hərbçilərin sayının yerli əhalidən çox olduğunu bildirib. Baş çəkdiyi Vəngli kəndindəki Gəncasar monastrı ərazisində yalnız bir çoban görüb söhbətlaşdiyini, mülki əhali olmadığını qeyd edib. Başqa bir məlumata diqqət yetirək: Moskva Karnegi Mərkəzi öz hesabatında Bakı və İrəvanın müharibəyə hazır olduğunu qeyd edərək yazır:.

“İşğal bölgələri artıq Dağlıq Qarabağ əraziləri elan edilib, keçmiş Cəbrayıl rayonunda Bakıdan qaçqın düşən ermənilər üçün salınan qəsəbə müvəqqəti tikililərə heç bənzəmir. Burada ərazilərin geri qaytarılacağına heç kəs inanmır (Vadim Dubnov-Qafqaz uzrə mütəxəsis, müstəqil jurnalist)”.

Bu gün bizim dünyaya təqdim edəcəyimiz informasiya yanlış torpaq siyasəti həyata keçirilən ərazilərdə zorla və qalxan kimi saxlanılan mülki əhali olmalıdır. Azərbaycan tərəfi bu əhaliyə lazım olmayan muxtariyyət deyil, onların istəyinə uyğun olkələrə köçüb getmələrinə qarantiya verməsi təklifi irəli sürməlidir. Qarabağdakı qarətçi, talançı və narkotiklə məşğul olan terrorçu hərbi rejimin beynəlxalq aləmdə ifşa olunması işi çox zəif gedir.

Bu gün düşmən xarici qüvvələrin hesabına işğal etdiyi 7 rayonu təhlükəsizlik zolaği kimi deyil, özlərinin “sığorta kağızı” kimi nəzərdən keçirir. Azərbaycan tərəfi multikulturalist mövqeyi ilə dünyada tanındığı bir zamanda, istənilən bir fərdə, xalqa öz ərazilərində yaşam hüququ verərkən monoetnik Ermənistanda yaşayan 100 minlik yezidi kürdünün parlamendə, hökumətdə bircə nümayəndəsinin olmaması bu xalqın ciddi narazılığına səbəb olur. Hətta yerli ozünüidarəetmədə belə, onlara iştirak hüququ verilmir. İrəvan xanlığı dovründə çar Rusiya tərəfindən bölgəyə yerləşdirilmiş malakanlar belə, çoxdan Ermənistandan qovulmuşdur. Bu gün beynəlxalq aləmdə bu faktlardan istifadə etməliyik. Çünki Azərbaycan antiterror koalisiyasının üzvlərindəndir.

Erməni generallarının Bakını, Gəncəni vurmaq, nüvə silahından istifadə etmək, (Ter-Tadevosyan) sülh razılaşmasına imza atacaq adamı güllələməklə hədələmək (Balasyan) kimi isterik fikirlərini BMT Baş Assambleyasının diqqətinə çatdırmalıyıq.

Ermənistanın bir dövlət kimi separatizmi və terrorizmi dəstəkləməsi ilə bağlı minlərlə fakt var. Abxaziyada gürcü xalqına qarşı silahlı-terrorçu hərbi Baqramyan qruplaşmasının əməlləri, Qarabağda Vekaa vadisindən cəlb edilən terrorçu dəstələrinin fəaliyyəti, terrorçu Monte Melokanyanın Ermənistanda və Qarabağda ucaldılmış heykəlləri, adına verilmiş küçə və məktəblər, İrəvanda yerləşən hərbi-təlim mərkəzi terrorçunun adını daşıması…
Dünyanın bu gün müdafiə etdiyi Qarabağ separatizminin mahiyyəti budur. İnsan orqanı alveri, qadın, narikotika, yad ölkə ərazilərində mövcud olmuş şəhərlərin qarət, viran edilməsi, təbii sərvətləri talan edilməsi və s…

Beynəlxalq ictimaiyyət artıq erməni yalanlarından iyrənməyə başlayıb. Bu faktdır və biz bu faktdan istifadə etməliyik.

Ermənistan hərbi birlikləri “Dağlıq Qarabağ Respublikasının ordusu” eqidası altında beynəlxalq normalara meydan oxumaqdadır. Saxta qarşılıqlı yardım müqaviləsi imzalayaraq, özünü sığortaladığını düşünən Ermənistan tərəfin cəbhənin Tərtər istiqamətində əlavə qüvvələr topladığı haqda məlumatlar yayılmışdı. Düşmən Tərtər-Bərdə-Ağdam ərazisini ayıran “Dörd yol” adlanan ərazini ələ keçirmək və öz şərtlərini Azərbaycana diqtə etməyi planlaşdırırdı.

Əldə olunan məlumatlara görə, bu hücum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitinin keçirildiyi günlərə təsadüf etməliydi.
Azərbaycan ordusunun qabaqlayıcı tədbirlər görməsi qaçılmaz idi. Erməni tərəf bu addımla KTMT-ni və Rusiyanın Gümrüdə yerləşən 4 minlik canlı qüvvəsini Qarabağa cəlb edilməsini planlaşdımışdı. Plana uyğun olaraq təmas xəttinə yaxın yaşayış məntəqələri boşaldılmışdı. Amma Talış kəndini tərk etməyən 3 nəfər yaşlı erməni tərəfindən 28 mart 2016-cı ildə çəkilən fotoşəkillər və videodan görünür ki, kənddə atəş səsləri və dağıntılar yoxdur. “Aravot” qəzetinin guya artileriya atəşi zamanı qaçmış 91 yaşlı Yaşa Avanesyan adlı müharibə veteranıyla müsahibə dərc etməsi də məhz bu hadisəylə bağlıydı.

Erməni xüsusi xidmət orqanlarınin öz meyitlərinin qulağını kəsməklə “azərbaycanlı izi” yaratmağa çalışdığı gün kimi aydındır. Düşmənin bu böyük təxribatının önlənməsi və təhlükə mənbəyi olan ərazilərin azad edilməsində Azərbaycan Ordusnun kiçik bir qismi iştirak etdi. Ordumuzun peşəkarlığı və hərbi bacarıği əks tərəfdə şok effekti yaratdı. Düşmənin hərbi birliklərinin şəxsi heyəti arasında fərarilik, vahimə, qorxu hissi çoxaldı.

Azərbaycanda, xüsusən gənclərimiz arasında vətənpərvərlik ruhunun yüksəlməsi, vətən torpaqlarının düşmən tapdağından azad olmasında hər bir kəsin səfərbər olması düşməni və onun əlaltılarlnı məyus etdi. Ordumuzun peşəkarlığı dünya miqyasında tədqir edildi.

Bir çoxları 22 il ərzində atəşkəs rejiminin (2014-cü il istisna olmaqla) ciddi şəkildə pozulmasının ilk dəfə şahidi oldular. Beynəlxalq ictimaiyyətin artıq qulaqardına verməyə adət etdiyi və ərköyun terrorçu kimi bəslədiyi erməni separatçıları mart ayının 15-dən etibarən ardıcıl olaraq ərazilərimizi atəşə tutur, dinc mülki əhalinin olümünə səbəb olan, əmlakını dağıntıya məruz qoyan silahlardan istifadə edirdi. Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlıqlarına atəşlə cavab verən düşməni müdafiə etməklə xarici dövlətlərin beynəlxalq normalara tüpürdüyünü isbatlamağa ehtiyac yoxdur.

Azərbaycan qanunvericiliyinə və beynəlxalq normalara görə, Silahlı Qüvvələrimiz əhalinin təhlukəsizliyini və ölkənin ərazi bütövlüyünü təmin etməyə borcludur.

Azərbaycan Ordusunun sadəcə, öz Nizamnamə vəzifələrinə əməl etdiyini Qərb çox gözəl bilir. 9 nəfər mülki azərbaycanlının öldürülməsi və onlarla mülki obyektin, hətta məktəblərin Ermənistanın dağıtmasına niyə göz yumurlar?

Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatı Rusiya və Ermənistan Bilts-Kriq və kəşfiyyat-döyüşü, Qərb dövlətləri lokal və regional savaş, Türkiyə və İsrail kimi separatizmdən əziyyət çəkən ölkələr isə birmənalı şəkildə separatist-terrorçu qruplaşmalarına qarşı aparılan əməliyyat kimi adlandırırlar.

Bu gün ordumuzun hüquqi cəhətdən ən doğru addımını təcavüz kimi dəyərlədirən heç bir dövlət bizim dostumuz sayıla bilməz. Beynəlxalq normalara görə, başqa bir ölkənin sərhəd toxunulmazlığına məhəl qoymadan ərazilər işğal etmiş hərbi birliklər cinayətkar sayılır. Bu, Rusiya qanunlarında da belədir. Amma nədənsə, Rusiya təmsilçiləri Vladimir Kazimirov, Ajdar Aşiroviç, Vladimir Jirinkovski, Solovyov kimi vicdansız adamlar qanunları görməzlikdən gəlirlər. Forposta çevirdikləri Ermənistanı qoyduqları tərəzidə Azərbaycanı çəkməyə çalışırlar.

Ermənilərin “Novosti qlobolnıy politiki” saytına müsahibə verən Vladimir Kazimirov (22.04.2016) bir çox qaranlığa isıq salıb. Musahibəsində ermənipərəst olduğunu deşifrə etməklə yanaşı, Azərbaycan tərəfini, şəxsən ümummilli lider Heydər Əliyevin atəskəslə bağlı sənədi imzalamamaq istəyini açıqlayıb.

Müsahibədən aydın olur ki, Rusiya Azərbaycanı özünə tabe etmək üçün bu işğalları törədib. Onun sözlərinə görə, Heydər Əliyevin bu sənədi imzalamamaqda məqsədi vaxt qazanaraq, torpaqları geri qaytarmaq olub. Həmçinin, təklif olunan sənədə görə, Rusiya ordusu sülh yaratmaq missiyası ilə bölgəyə qaytarılmalıymış. 5 may 1994-cü ildə MDB ölkələri parlament rəhbərlərinin Bişkek göürüşündə Azərbaycanı Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov təmsil edib. Heydər Əliyev Brüsseldə NATO tərəfindən dostluq müqaviləsinə imza atmağa getdiyinə görə, Rəsul Quliyev Bişkekdə iştirak edə biməyib.
Lakin Afiyəddin Cəlilov bu sənədi imzalamaqdan imtina edib. Kazimirovun sözlərinə görə, bu sənədin imzalanması ləngidikcə, Rusiya Azərbaycan rayonalarının ardıcıl işğalına start verib.

Nəhayət son əməliyyatlar bir daha Rusiyasız Ermənistana Azərbaycan Ordusunun qarşısında dura bilməyin nədən ibarət olduğunu bəyan etdi. Bu, illərcə informasiya ilə çatdıra bilmədiyimiz bir həqiqət idi. Əməliyyat zamanı heç bir mülki şəxsin zərər çəkməməsi bir daha Silahlı qüvvələrimizin humanist, peşəkar və yalnız terrorist, seperatçı, qanunsuz hərbi birlikləri hədəfə aldığını sübut etdi. Düşmən tərəf bu faktı qaralamq üçün dezinformasiyalar yaymağa çalışır.

18 mart 2016-cı ildə partlayıcı ilə oynayan xocavəndli məktəblinin Xankəndi xəstəxanasındakı görüntüləri paylaşılır. Guya, məqsədli şəkildə döyüşçülərimiz məktəbi hədəf seçib. İki nəfər məktəblinin ölməsi faktını da əlavə edən ermənilər onların soyadını deməməklə yanaşı, fotoşəkillərini sərgiləmirlər. Videogörüntülərdən yaralı məktəblinin partlayış şokunu azı 10 gün əvvəl aldığı bilinir.

Birinci Qarabağ savaşı zamanı ilk vaxtlar bölgəyə təşrif buyuran ATƏM (Sonradan ATƏT oldu) təmsilçilərinə göstərmək üçün yaxın keçmişdə öz əcəli ilə ölmüş ermənilərin meyitləri çıxarılır, pis vəziyyətə salınaraq, onlara göstərilirdi.

Bununla da bizi vəhşi kimi təqdim etməyə çalışırdılar. Axmaq qərblilər isə bu yalanları həqəqət kimi həzm edir və antiAzərbaycan mövqelərini deməkdən belə çəkinmirlər.

Hətta Xocalı soyqırımının şəkillərini bizim ermənilərə qarşı etdiyimiz vəhşilik kimi hələ də yaymaqdadırlar.

Məkrli düşmənin yaydığı belə dezinformasiyalara qarşı diqqətli olmalıyıq.

Erməni tərəfinin hazırlaşdığı preventiv hücum planının önlənməsi və onların güclü bildikləri Şimal və Cənub cinahlarının darmadağın edilməsi, düşmənin 2 hərbi qərargahının yox edilməsi, onlarla canlı qüvvə və hərbi texnikanın məhv edilməsi faktları ört-basdır edilməyə çalışılır. Ordumuzun uğurlu əməliyyatı bu sahədə bizə üstünlük qazandırıb. Vəziyyətdən maksimum istifadə etməliyik.

Aidiyyatlı qurumlar öz sahələrinə ciddi yanaşmalıdırlar. Düşmən tərəfi malik olduğu hərbi dəstələrin 70 faizini “Ohanyan mühfizə xidməti” və ikinci eşalonda yerləşdirmişdi.

Ermənistan generalların ölümünü gizlədir


Bu sədlərin yarılması düşmən əsgərlərinin iç ərazilərdə əhali arasına sızmasına səbəb olub.

Əhalı arasında ümidsizlik və qorxu ən yüksək səviyyədədir. Hərbi qərargahların vurulması, ön cəbhə ilə arxa cəbhə arasıda ələqələrin kəsilməsinə səbəb olub.

Düşmən tərəfi Cəbrayıl istiqamətində və Tərtərdə – Madagiz yaxınlığnda Keçəl təpə deyilən ərazidəki hərbi qərargahların vurulmasını hələ də hərbi sirr kimi saxlayır.

Cənub qərargahında əslən Qarabağdan olan bir generalın, Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisinin müavini, general-leytenant Mövses Akopyanın öldürülməsi xəbərləri öz təsdiqini tapmaqdadır. Onun son dəfə “Panarmenian.net”dən danışdığı 11 aprel çıxışı var. Bunu da yalnız dezinformasiya saymaq olar. Birbaşa Qarabağdakı Ermənistan hərbi birliklərinə rəhbərlik edən, qondarma qurumun müdafi naziri olmuş Mövses Akopyanın Ermənistanın Təhlükəsizlk Şurasının yığıncağında və Sarkisyanın Qarabağa qeyri-qanuni səfəri zamanı görünməməsi dediklərimizi təsdiqləyir. Onunla birgə öldürülən generallar sırasında qondarma qurumun indiki müdafiə naziri general-leytenant Levon Mnatsakanyanın və digərlərinin adları var. Bu adam haqqında da heç bir məlumat verilmir.

“Regional Stabilik və Təklükəsizlik Mərkəzinin” erməni sosial şəbəkələrindən əldə etdiyi bir informasiyaya görə, hadisə iştirakçısı olmuş, Cəbrayıl rayonu ərazisində hərbi xidmər keçən erməni əsgər Karen Torosyan deyib ki, qərargaha düşən minamyot zərbəsi zamanı içəridə yüksək çinli zabitlər, polk komandiri Ararart Melukumyan və general Movses Akopyan da olub, onlar yaralanıblar. Adları çəkilən generalların indiyədək görünütlənməməsi onların öldüyünü və bu faktın gizli saxlandıgını sübut edir.

Əməliyyat və əməliyyatsonrası prosesləri Rusiya, Ermənistan və Azərbaycan KİV-ləri, sosial şəbəkələrdə geniş işıqlandırılıb. O cümlədən düşmən tərəfin “Voskanapat.info”, “Panarmenian.net”, “Lragir.am”, “Yoxovurd”, “Artsaxpress.am”, “Verelq News and Analistis”, “Eurasiya Dailiy”, “Armenian Report”, “Yerkiz.tv”, “Novostnik.ru”, “Novosi qlobolnoy politiki” və s. informasiya portallarının adını qeyd etmək lazımdır.

Rusiyalı hərbi ekspert Aleksey Ramin Ordumuzun əməliyyat zamanı istifadə etdiyi taktikanı İsrailin Colan təpələrində Suriyanın mümkün müdaxiləsinin qarşısını almaqdan ötrü tətbiq etdiyi təcrübəni əsas götürdüyünü qeyd edib.

O, iddia edir ki, İsrailin 20 km-dən artıq məsafədə zirehli hərbi tüxnikanı və müxtəlif qurğuları, səhra istehkamlarını məhv etməyi bacaran “Spayk-NLOS” (birbaşa görünməyən hədəfi vuran) raket sistemləri var. Bildirir ki, bu silahları əldə etdiyini Bakı sirr kimi saxlayır.

Rus ekspert daha sonra arsenalımızda T-90, PDM-3 zirehli maşınlara diqqət yetirərək, Xüsusi Təyinatlıların tank əleyhinə idarə edilən raketlərdən yararlandığını təqdir edib.

Ekspert yazır ki, aprel döyüşləri lokal müharibələr üçün müəyən olunan standartlar üzrə inkişaf edib.

O, Talış kəndində gedən gecə döyüşlərindən də söz açaraq yazır ki, Xüsusi Təyinatlılar düşmənlə atəş təmasına keçib. Döyüşlərə Mİ-24G helikopterləri də dəstək verib.

Ermənistan generalların ölümünü gizlədir


Xaqani Ədəboğlu
Qarabağ müharibəsi əlili,
Vətən Müharibəsi Veteranları Birliyinin mətbuat xidmətinin rəhbər.