Azərbaycan bu qurumdan çıxarıla bilər…backend

Azərbaycan bu qurumdan çıxarıla bilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koalisiyanın son iclasında qarşıdurma yaşanıb; Milli Şuranın əvvəlcədən hazırladığı Koalisiya planı…; Oqtay Gülalıyevin gizli statusunda nələr var?; Qubad İbadoğlu: “Yayılan xəbərlər doğru deyil”

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının idarə heyətinə aprelin 30-da keçirilən seçkilərdə qalmaqal yaşanıb. Qurumun Şurasına və Monitorinq Qrupuna keçirilən seçkilərdə siyasi partiyalara yaxın şəxslərin daha çox seçilmələri digər şəxslər tərəfindən etirazla qarşılanıb.

Seçkilərlə bağlı adının çəkilməsini istəməyən Koalisiya üzvünün qəzetimizə verdiyi məlumata görə, iclasdan öncə siyasi qurumlar xüsusi bir plan quraraq üstünlük əldə etmək üçün əllərindən gələni ediblər. Nəticədə 50%-dən yuxarı siyasi qurumların təmsilçisi seçkilərdə iştirak ediblər. Bu isə, nəticələrdə özünü açıq şəkildə büruzə verib. Belə ki, siyasi partiya təmsilçiliyi olan şəxslər daha çox qurumun Şurasına və Monitorinq Qrupuna seçiliblər. Mənbə onu da qeyd etdi ki, bu işdə Milli Şura və quruma daxil olan partiyalar xüsusi fəallıq göstəriblər. Əvvəlcədən Koalisiyada fəallıq göstərməyən Milli Şura təmsilçiləri bu dəfə xüsusi canfəşanlıq göstəriblər. Nəticədə təsadüfi deyil ki, Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev və AXCP idarə heyətinin üzvü İlham Hüseyn Şuraya üzv seçiliblər.

Qəzetimizə məlumat verən Koalisiya üzvü digər Milli Şura təmsilçilərinin adını çəkməsə də, bu iki şəxsin Şuraya seçilməsinin bir çox mətləblərdən xəbər verdiyini söylədi. Mənbə onu da qeyd etdi ki, aprelin 30-dakı seçimlərdən sonra Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında üzv kimi qalmasına da ciddi təhlükə yaranıb. Belə ki, bu ay ölkəmizin bu qurumda qalması, yaxud statusunun aşağı salınması ilə bağlı məsələ Koalisiyanın müzakirəsinə çıxarılacaq. Mənbə iddia edir ki, belə olan təqdirdə, müxalif siyasi partiyaların təmsilçiləri Azərbaycanın qurumdan çıxarılmasının, yaxud statusunun aşağı salınmasının lehinə səs verəcəklər. Əslində qalsa, burada Milli Şuranın nədən canfəşanlıq etdiyi özünü açıq şəkildə büruzə verir. Mənbə onu da bildirdi ki, Koalisiyanın son iclasında iştirak edənlərin çoxunu tanımayıb. Yığıncaq vaxtı 3-4 nəfərin daimi çıxışları eşidilib ki, bu şəxslər də Milli Şuraya yaxın şəxslər olublar. Koalisiya üzvü iclasda böyük qruplaşmaların açıq şəkildə göründüyünü bildirdi. Xüsusilə, seçkilər vaxtı bu hal sezilib.

Mənbə qeyd etdi ki, bu qruplaşmalar Koalisiyanın siyasi partiyaların nəzarətinə keçməsi üçün əllərindən gələni ediblər. Sonuclardan sonra qurumun gələcəkdə müstəqil fəaliyyət göstərməsi də şübhə altına düşüb. Çünki, artıq siyasi partiya təmsilçiləri Koalisiyada 50%-dən yuxarı üstünlük təşkil edirlər. Mənbə narahatlığını gizlətməyərək, hökumətin quruma təzyiqlərini bundan sonra artıra biləcəyini və beynəlxalq aləmin qınağına tuş gələcəklərini vurğulayaraq, Koalisiyanın bundan sonra fəaliyyətinin sual altına düşdüyünü iddia etdi. Koalisiya üzvü 3 müxalif qurumun nəzarəti ələ keçirdiyini və burada ilk sırada Milli Şuranın dayandığını vurğuladı.

Redaksiyamıza məlumat verən mənbə gizli şəkildə əldə etdiyi O.Gülalıyevin Milli Şura üzvlərinin feysbukdakı qapalı qrupunda paylaşdığı statusu göstərdi. Statusdan göründüyü kimi, Milli Şura əvvəlcədən Koalisiyanın iclasına ciddi şəkildə hazırlaşıb. Gülalıyevin nəticələri qələbə kimi qələmə verməsi bir çox üstüörtülü mətləblərin üstünü açır.

Statusu olduğu kimi təqdim edirik:

Dostlar,

Sizə öncədən məlumat verdiyim kimi bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirildi. Şahmar Mövsümovun, Azay Quliyevin, EİTİ Beynəlxalq katibliyin, Dünya Bankı, ABŞ səfiri başda olmaqla digər səfirlik və beynəlxalq təşkilat nümayəndələrinin qatıldığı Yığıncaqda 143 təşkilat iştirak etdi. Hökümətin tam dəstək verdiyi toplantı onlar üçün 2 çox ciddi məğlubiyyətlə başa çatdı. Birinci, hakimiyyət Koalisiyanı nəzarətə götürmək üçün irəli sürdüyü \”Koalisiyanı İctimai Birliyə çevirib qeydiyyata almaq\” planı keçmədi, iflasa ugradı. İkinci isə bütün müqavimətə, anti- təbliqata, ayrılan 400 min manata baxmayaraq hakimiyyət Şura və Monitorinq Qrupu seçkilərində məğlubiyyətə ugradı. Şuranın 50+1, MQ- nın isə 2/3 tərkibinə bizim təklif etdiyimiz namizədlər seçildi. O cümlədən bəndəniz yüksək səslə Koalisiya Şurasına üzv seçildi. Çox ciddi ugur əldə etdik.

Sizlər də daxil olmaqla əməyi keçən, dəstəkçi olan, diqqət yetirən bütün dostlara təşəkkür edirəm.

Həftənin birinci günü Bakıda səfərdə olan EİTİ üzrə Beynəlxalq Katibliyin nümayəndəsi, regional direktor Dyveke Roganın yeni Şura ilə görüşü olacaq. Mən həmin görüşdə həbsdə olan Koalisiya üzvləri Asif Yusifli və Fuad Qəhrəmanlının məsələsini, eləcə də VC- nin digər problemlərini qaldıracam.

НравитсяЕще реакцииКомментарий
6Gozel Bayramli, Rafiq Manafli и еще 4
Комментарии
Turkel Oguz
Turkel Oguz Bu, çox yaxşı xəbər oldu. Oktay Gülalıyev, sizi ürəkdən təbrik edirəm. Böyük iş görürsünüz.
Нравится · Ответить · 1 · 9 ч
Oktay Gülalıyev
Oktay Gülalıyev Təşəkkür edirəm!
Нравится · Ответить · 1 · 9 ч
Asim Karimli
Asim Karimli Tebrik edirem, Oktay bey. Ciddi ugurdur.
Нравится · Ответить · 9 ч
Gozel Bayramli
Gozel Bayramli Təbriklər.
Нравится · Ответить · 3 ч
İbrahim İbrahimli
İbrahim İbrahimli Təbriklər!

Statusa yazılmış rəylərdən görünür ki, təmsilçilərinin quruma üzv seçilmələri Milli Şura və AXCP rəhbərliyinin böyük sevincinə səbəb olub. Belə ki, statusa rəy yazanların əksəriyyəti Milli Şura rəhbərləridir ki, onlar Gülalıyevin “qələbə”sini böyük sevinclə qeyd edirlər. Təbrik edənlərdən biri də Asim Karimli adlı feysbuq istifadəçisidir. Bəlli olduğu kimi, bu AXCP sədri Əli Kərimlinin gizli sosial şəbəkə hesabıdır.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü Mehriban Vəzir qurumda bu barədə müzakirələr aparıldıqdan sonra açıqlama veriləcəyini söylədi.

Koalisiyaya daxil olan qurumlardan İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin üzvü Qubad İbadoğlu tədbirin təşkili ilə məşğul olmadığını söylədi: “Yığıncağın əvvəlkilərdin fərqi o idi ki, iştirakçı səviyyəsi yüksək idi. 150-yə yaxın Koalisiya üzvü ümumi yığıncağa qatılırdı. Əsas məsələ təşkilatı məsələ idi. Seçkili orqanlar formalaşmalı idi. Siyasi partiya təmsilçilərinin 50%-dən çoxunun üstünlük təşkil etməsi kimi fikirlər doğru deyil. Orada siyasi partiyaları təmsil edən şəxslərin sayı bir neçə nəfərdir. Biz də daim siyasi partiyaların təmsilçiləri olub. Müsavat Partiyasının üzvü olduğum zamanlar mən də qurumda təmsil olunmuşam. Koalisiyada hazırda YAP-ın üzvləri də var. AXCP üzvləri daim orada olublar. Qanun bunu qadağan etmir. Son seçkilərdə seçilənlərin yarısından çoxunun siyasi qurumlara aid olması fikirləri yanlışdır. Onların bir neçəsinin partiya mənsubiyyəti var. Amma böyük əksəriyyəti QHT təmsilçiləridir. Azərbaycanın qurumdan çıxarılması məsələsi tamam başqadır. Bu məsələ çox güman ki, payızda müzakirəyə çıxarılacaq. Çıxarılma məsələsi gündəmdə deyil”. (musavat)

İnterpress.az