Bundestaq Ukraynaya hərbi dəstək üçün maliyyənin 400 milyon avro artırılmasına razılıq verib.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib. Bildirilir ki, Bundestaq Ukraynaya hərbi dəstək üçün maliyyənin 400 milyon avro artırılmasına razılıq verib.
Bu qərar əlavə hava hücumundan müdafiə sistemləri, tanklar, pilotsuz uçuş aparatları, döyüş sursatları və ehtiyat hissələri almağa imkan verəcək ki, bu da Ukrayna Silahlı Qüvvələrini ölkənin müdafiəsində əhəmiyyətli dərəcədə gücləndirəcək.
Xuraman Etibarlı
İnterpress.az