İsrail ordusu Hizbullahın hava bölməsinin komandirini öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu Beyruta hədəflənmiş hücum nəticəsində Hizbullahın hava bölməsinin komandiri Məhəmməd Hüseyn Sərorun öldürüldüyünü təsdiqləyib.
O, İsraili hədəf alan bir çox hava hücumlarına rəhbərlik və komandanlıq edib. Son illərdə Livandakı PUA layihələrinin liderlərindən biri olub.
Xuraman Etibarlı
İnterpress.az