Haiti lideri BMT Baş Assambleyasında qrafindən içərək özünü su ilə isladıb.
İnterpress.az xəbər verir ki, cümə axşamı, sentyabrın 26-da kuryoz hadisənin videosu RİA Novosti tərəfindən nümayiş etdirilib.
Haiti lideri BMT Baş Assambleyasında kürsüdə çıxış edərkən birbaşa qrafindən su içməyə qərar verib və özünü su ilə isladıb.
Yayımlanan kadrlarda siyasətçi həmkarını diqqətlə dinləyir və su içmık istəyir. Lakin stəkan əvəzinə su ilə dolu qrafini götürüb. Haiti lideri öz səhvini anlayaraq qrafini yerinə qoyub və nitqinə emosional baxışla davam edib.
Xuraman Etibarlı
İnterpress.az