BMT-nin baş katibİ İranın İsrailə hücumunu PİSLƏDİbackend

BMT-nin baş katibİ İranın İsrailə hücumunu PİSLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi İranın İsrailə hücumunu pisləyib.

İnterpress.az xəbər verir ki, bu bəyanat İsrail Xarici İşlər Nazirliyinin baş katibi persona non-qrata elan etməsindən sonra verilib. BMT-nin baş katibi Antonio Quterreş İranın İsrailə qarşı hücumlarını pisləyib.

BMT-nin baş katibi Quterreş İranın İsrailə hücumunu pisləyib və bildirib ki, bu cür hərəkətlər fələstinlilərin əziyyətini azaltmır.

Çərşənbə günü günortadan sonra İsrail BMT-nin baş katibini persona non qrata elan edib və ölkəyə girişini qadağan edib.

İsrail Xarici İşlər Nazirliyi İranın “İsrailə qarşı iyrənc hücumunu” pisləməməsindən narazı qalıb.

Xuraman Etibarlı

İnterpress.az