Gürcüstan Ukraynada seçki məntəqəsi AÇMAYACAQbackend

Gürcüstan Ukraynada seçki məntəqəsi AÇMAYACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Ukraynada seçki məntəqələrini açmayacaq, İsraildə isə bir məntəqə açılacaq.

İnterpress.az xəbər verir ki, bu qərarı Xarici İşlər Nazirliyinin tövsiyələri əsasında ölkənin Mərkəzi Seçki Komissiyası qəbul edib.

Ukraynada seçki məntəqəsinin açılmamasına səbəb müharibənin davam etməsi və şəhərlərin atəşə tutulmasıdır.

Müxalifətin fikrincə, hakimiyyət uduzmaqdan qorxur, ona görə də “hətta səsvermə üçün vəziyyətin nisbətən sakit olduğu Kiyevdə də seçki məntəqəsi açmırlar”.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Xuraman Etibarlı

İnterpress.az