Avstraliyada 10 yaşlı uşaqların həbsi bərpa olunur.
İnterpress.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb. Bildirilir ki, Avstraliyada 10 yaşından kiçik uşaqların həbs olunmasına icazə verilib.
“Hökumət cinayət məsuliyyəti yaşını aşağı saldıqdan sonra Avstraliyanın Şimal Ərazisi yenidən 10 yaşında olan uşaqları həbs edə biləcək.
Avstraliya ştatları və əraziləri digər inkişaf etmiş ölkələrin və BMT-nin tövsiyələrinə uyğun olaraq cinayət məsuliyyəti yaşının 10-dan 14-ə qaldırılması üçün təzyiq altındadır.
Həkimlər, insan haqları təşkilatları və yerli qruplar bu məntiqlə mübahisə etsə də, 10 yaşın bərpası son nəticədə uşaqları qoruyacaq”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az