Mənzildən 35 min manat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıbbackend

Mənzildən 35 min manat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mənzildən 35 min manat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən şəxs mənzilindən 35 min manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib:

“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 35 yaşlı L.Babayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub”.