Yuliya Navalnaya Rusiya prezidenti olmaq istəyir – BBCbackend

Yuliya Navalnaya Rusiya prezidenti olmaq istəyir – BBC

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yuliya Navalnaya Rusiya prezidenti olmaq niyyətini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Yuliya Navalnaya BBC-yə müsahibəsində deyib. Navalnaya Rosfinmonitorinq tərəfindən terrorçular və ekstremistlər siyahısına daxil edilib. Bununla belə, ölkəyə gələn kimi Rusiya Federasiyasının prezidenti postuna namizədliyini irəli sürmək niyyətindədir. O, evə qayıdarkən həbs olunacağını da anlayır.

“Rusiyaya qayıtsam, prezidentliyə namizədliyimi irəli sürəcəyəm. Mən ölkəyə gələndən sonra belə bir qərarın bütün risklərini bilirəm”, – o bildirib.

Bundan əvvəl Moskvanın Basmannı məhkəməsi Yuliya Navalnayanı qiyabi həbs edib. Bundan başqa, Navalnaya beynəlxalq axtarışa verilib. Onun barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Müddət Navalnayanın Rusiya ərazisinə ekstradisiya edildiyi andan və ya ölkədə saxlandığı andan hesablanacaq. Onun vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verməyə çalışıb və Navalnaya barəsində həbs-qətimkan tədbirinin seçilməsindən apellyasiya şikayəti verib. Lakin məhkəmə şikayəti ləğv edərək hökmü qüvvədə saxlayıb.

Xuraman Etibarlı

İnterpress.az