Dünya total müharibə və bəşəriyyətin məhvi ilə təhdid olunur.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz bloqunda bildirib.
Onun sözlərinə görə, Rusiyanın uzunmüddətli məqsədi ABŞ-nin dağılması və ya SSRİ və Varşava Müqaviləsi ölkələrinin mövcudluğu dövründə olduğu kimi Amerikaya qarşı tam hüquqlu tarazlıq yaratmaqdır.
“Axı belə bir güc balansının alternativi bəşəriyyətin tamamilə məhv edilməsinə qədər total müharibədir. İndiki şəraitdə tarazlığı olmayan dünya on il belə davam edə bilməz.
Qərb bu sadə həqiqəti dərk etməsə, hər şeyin sonu olacaq. Və bu elə vəziyyət deyil ki, bəzilərinin ölümü digərlərinin qələbəsi demək olsun”, – Medvedev yazıb.
Xuraman Etibarlı
İnterpress.az