İstanbulda Sabir Rüstəmxanlı günübackend

İstanbulda Sabir Rüstəmxanlı günü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yubiley tədbiri İstanbul bələdiyyəsinin təşkilatşılığı ilə baş tutacaq. Tədbirdə Sabir Rüstəmxanlının bələdiyyə tərəfindən çap edilən şeirlər kitabının da təqdimatı olacaq.

Yubiley tədbirində Türkiyənin nüfuzlu ədəbiyyat nümayəndələriylə yanaşı Azərbaycan və Türkiyədən millət vəkilləri, jurnalistlər, siyasətçilər, rəsmi şəxslərin də iştirakı gözlənilir.

Fatih Mədəniyyət Mərkəzində yerli vaxtla saat 14:00-da keçiriləcək tədbirə İstanbulda yaşayan bütün soydaşlarımız dəvətlidir

Qeyd edək ki, Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan \”Ədəbiyyat və incəsənət\” qəzetində işə qəbul edilib. 1974-1975-ci illərdə ordu sıralarında xidmət edib. Bu sırada elmi işlə də məşğul olub, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. S.Rüstəmxanlı 1976-cı ildə \”Molla Nəsrəddin\” və folklor\” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib.

1967-1978-ci illər ərzində \”Ədəbiyyat və incəsənət\” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə \”Yazıçı\” nəşriyyatının baş redaktoru olub, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib. İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilib. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülüb.

1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan \”Azərbaycan\”ı təsis edib, iki il onun baş redaktoru (baş yazarı) olub.

1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilib, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olub. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib.

1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib, bu günə qədər partiyanın sədridir.

1995-ci ildə Mətbuat və informasiya naziri vəzifəsindən istefa verib.

2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən mojaritar qaydada namizədliyini irəli sürüb və qalib gəlib.
S.Rüstəmxanlı Azərbaycanın ən böyük diaspora təşkilat olan Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olub. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilib.

İstanbulda Sabir Rüstəmxanlı günü

İstanbulda Sabir Rüstəmxanlı günü

İnterpress.az