Jamala mahnısı ilə birlikdə gözlərimdə it ölən kimi öldü…backend

Jamala mahnısı ilə birlikdə gözlərimdə it ölən kimi öldü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Piyada deyiləm. “Eurovision 2016”-nın müsabiqəsini maraqla izlədim. Ecazkar səsə malik gənc musiqiçilərin ritmə tabe olan mahnılarını dinləmək, həqiqətən, insanın zövqünü oxşayırdı.

Bir çoxları kimi mən də Camalanın “1944”-nü, necə deyərlər, dəstəklədim. Amma burada fövqəladə səs öz rolunu oynamırdı. Sözün doğrusu, mahnının siyasi motivləri diqqətimi daha çox çəkmişdi. Onsuz da yaşadığımız zəmanədə hər şey siyasiləşməyə doğru yön alır, musiqi də, sənət də bu burulğanın içərisində özünə yer almağa başlayıb. Ukraynadakı vəziyyət, Krımın hazırkı işğalı “1944” mahnısının əhəmiyyət və cazibəsini bir qədər də artırdı. Bəli, əslinə baxanda Camalanın performansı sənət əsəri etibarı ilə zirvədə dayanacaq qədər imkan və təsirə malik deyildir. Sadəcə, seçim yerinə düşmüşdü, elə Ukrayna təmsilçisinin önə çıxmasına fürsət verən də bu idi. “1944”-ün siyasi mənasına görə qələmi əlimə alıb, xeyli tərifləyici və bəzi tarixi hadisələri də xatırlatmaqla bir yazı üzərində işləyirdim. Nöqtəni qoymuşdum ki, istedadına, musiqi duyumuna qətiyyən şübhə etmədiyim yaxın dostumdan zəng gəldi. Soruşdu ki, “nə ilə məşğulsan, bəlkə bir gəzək?” Camala haqda bir yazı üzərində işlədiyimi ona dedim. Nəsə könülsüz yanaşdı, mən də heç fərqinə varmadım.

Axşam gəzintidən qayıdıb, interneti yavaş-yavaş qurdalamağa başlamışdım ki, “Eurovision 2016”-nın qalibinin müsahibəsi gözümə dəydi. Oxudum, özümə əziyyət verdiyimə görə, çox peşimançılıq çəkdim; elə həmin andaca yazının üstündən qara çarpaz xətt çəkib, tulladım zibil qabına. Məni özümdən çıxaran nə oldu?! Bu qızın anasının erməni olduğu barədə mən də məlumatlı idim. Lakin, açığı, “1944”-ün siyasi mahiyyəti milliyyətçilik hisslərimin fövqündə dayanmışdı. Bununla belə , Camalanın söylədikləri fikirlərimi tamamilə alt-üst etdi: ”Qanım yarı-yarıyadır. Anam ermənidir. Deməli, mən də erməniyəm. Erməniləri və Ermənistanı çox sevirəm. İki dəfə orada olmuşam. Ancaq babamın tarixi vətəni(?) olan Dağlıq Qarabağı hələ ki, görməmişəm.

Mütləq ora da gedəcəyəm. Məni dəstəklədiklərinə görə ermənilərə təşəkkür edirəm. Həm də bu mahnını ermənilərə həsr etmişdim.” Axırıncı cümləsinə bir nəzər salın: “həm də ermənilərə həsr etmişdim…”
Uzatmaq istəmirəm, çünki uzatdıqca və bizim mətbuatımızda bəzi boğazdan yuxarı yazıları oxuduqca pəjmürdə oluram. Beləliklə, bu erməniyə münasibətim tamam-kamal dəyişdi, kimin necə baxmasından asılı olmayaraq, özünü erməni sayan 32 yaşlı bu qız mahnısı ilə birlikdə gözlərimdə it ölən kimi öldü. Bəli, bu qədər sərt! (Moderator.az)

İnterpress.az