Kainatdakı hər şeyin – gözəl, ya da çirkin – bir qoxusu var. Bu səbəbdən qoxusuz bir həyatı və insanı düşünmək mümkün deyil. Bir çox insanı da narahat edən məhz bu qoxudur.
Qarşıdan isti yay günləri gəlir və tərləməklə xoşagəlməz qoxu yaratmaq çoxumuzun kabusudur. Botoksla tərləməyə son Hər çətinliyə bir çarə tapan həkimlər hədsiz tərləmələrə də bir çıxış yolu tapıblar. Yaz və yay fəsillərində çoxlarının şikayətçi olduğu tərləmələr, xüsusilə də qolaltı islaqlıq bu kiçik əməliyyatla yox edilir. Həkimlər deyir ki, normal tərləmək bədənin işlək vəziyyətdə olmasının göstəricisidir, hətta tərləməyən insanların bir çox sağlamlıq problemləri üzə çıxır. Lakin qoltuqaltında və ayaq pəncəsində hədsiz tərləmələri olan insanlar hiperhidroz xəstəsi hesab edilir. İndi bu xəstəliyi botoks tətbiq etməklə yox etmək mümkündür.
Tərləməni tamamilə ortadan qaldırmaq orqanizmdə ağır nəticələrə səbəb ola bilər, buna görə də botoks tətbiqində maksimum diqqətli olmaq lazımdır. Botoks tətbiq edilən qoltuqaltı normal insanda olduğundan daha az tərləryir və bu 6 ay belə davam edir. Botoksun təsiri bu müddət başa çatdıqdan sonra bitir. Bu səbəbdən də həkimlər yaz girəndə botoks etdirməyi məsləhət görür, payızadək ifrat tərləmənin qarşısı alınır. Prosedur zamanı qoltuqaltına, əl və ayaq barmaqların arasına keyidici krem tətbiq edilir, sonra botoks proseduru başlayır. Pasiyent hədsiz tərləmədən 5-6 gün sonra xilas ola bilir. Tərdən “qoruyan” mantipersperant dəhşəti Ümumdünya Səhiyyə Təşkilatının tərdən müdafiə vasitələri ilə bağlı bir araşdırmasının nəticəsində deyilir ki, antipersperantlar bədənə qulluq vasitəsi yox, dərmandır.
Belə ki, bu vasitənin tərkibində olan kimyəvi maddələr bədənin normal inkişaf tempinə mənfi təsir edir, orqanizmi ona yad və təhlükəli dəyişikliyə məruz qoyur.
Həkimlər deyir ki, əslində tərləmək insan orqanizmi üçün vacib və olduqca normal bir prosesdir. Tərləmək həm bədən temperaturunun qorunmasını və zərərli maddələrin atılmasını təmin edir, həm də xəstəlik dövründə qəbul etdiyimiz dərmanlardakı zərərli toksinlərin orqanizmdən atılmasına imkan yaradır. Bu səbəbdən də xəstə insanı çox tərlətməyə çalışırlar ki, bədənindən toksinlər çıxsın və orqanizm rahatlansın. Bir çox insanın istifadə etdiyi maye və qatı antpersperantlar tər məsamələrinin çıxış nöqtəsini bir növ suvayaraq tərin bayıra çıxmasına mane olur. Antipersperantların hamısının tərkibində aliminium var, bu da tər kanallarını tıxayaraq tərin dəri xaricinə çıxmasını 40-50 %, bəzən də daha çox nisbətdə azaldır.
Əslində tər əleyhinə olan bu məhsullar tərləməyi ortadan qaldırmır, sadəcə daxildən çıxmasının qarşısını alır ki, bu da insan orqanizminə olduqca zərərlidir. Bundan əlavə, tər əleyhinə istifadə edilən bütün vasitələr əslində bakteriyaların inkişafı üçün münbit şərait olan pis qoxunun dəri altına yığılmasına təkan verir. Tər kanalları istiliyi artan bədənin sərinləməsi üçün xaricə tər ifraz etməli, bədəni bu yolla sərin saxlamalıdır. Amma antipersperantla bunun qarşısını alan zaman bu tər orqanizmdən çıxa bilmir. Xərçəngi özünüzmdəvət edirsiniz Antipersperantların son zamanlar dəri xərçənginə təsiri ilə bağlı olduqca çox məlumatlar yayılır. Dünyanın bir çox nüfuzlu tibb ocaqlarında bu barədə araşdırmalar aparılır, nəticələr ictimaiyyətə elan edilir. Amma bir çox hallarda bu nəticələr ictimaiyyətdən gizli də saxlanır. Səbəbi çox sadədir, məlumatlı əhali daha məlum məhsulun istehlakçısı olmur və beləcə satış faizi azalır. Bir neçə il öncə İngiltərənin Reading Universitetinin alimləri bu sahədə apardıqları araşdırmanı elan edəndə insanlar təhlükənin fərqinə vardılar. Bu ölkədə tər əleyhinə vasitələrin tərkibində “paraben” adlı kansorogen maddənin olması ilə bağlı çox iddialar vardı. Araşdırmada süd vəzisində şiş olan 20 qadın iştirak etdi, onları müayinə etdilər və nəticələr olduqca təhlükəli oldu.
Müayinə edilən 20 qadından 18-də daha çox antipersperantların hazırlanmasında istifadə edilən “paraben” adlı təhlükəli maddə təsbit edib. Dolayısı ilə parabenin döş xərçənginə zəbəb olması ilə bağlı iddialar təsdiqlənmiş oldu. Məlumat üçün bildirək ki, hazırda bütün inkişaf etmiş ölkələrdə tərkibində “paraben” olan kosmetik vasitələr, əsasən də ətirlərin və antipersperantların satışına qadağa qoyulub. Bu maddə insan DNK-sını pozur, döş, ağciyər, qida borusu xərçənginə səbəb olur. Həmçinin Avropa ölkələrində istehlakçıların bu sahədə bizə nisbətən daha məlumatlı olması səbəbindən tərkibində “paraben” olan antipersperantlar satılmır. Bir sözlə, tərləməyə maneə törədən bütün vasitələr orqanizmə zərərlidir. İnsan bədənində zərərli toksinlərin xaric olması üçün bir neçə əhəmiyyətli bölgə var.
Bunlar qulaq arxaları, diz qapaqlarının arxa tərəfi, budların yuxarı qismi və qoltuq altlarıdır. Bəzi insanlarda əl və ayaq barmaqları da tər ifrazı üçün vacib bölgələrdir. Bədəndəki toksinlər məhz bu bölgələrdən tərləmə yolu ilə atılır. Toksinlər bədəndən çıxmadıqda qoltuqaltında limfa düyünləri yaranır və döş xərçənginin əmələ gəlməsində önəmli rol oynayır. Qeyd edək ki, kişilər bu barədə daha şanslıdır, çünki onlar qadınlar qədər bu kosmetik məhsula həvəsli deyillər, üstəlik, kişilərdə süd vəzisi olmadığından məlum təhlükə azalır lakin onların da persperantlardan, xüsusilə tər əleyhinə dozedorantlardan istifadəsi nəticəsində nəfəs yolu ilə orqanizmə daxil olan vasitə ağciyər, qırtlaq, qida borusu xəsrçənginə səbəb olur. Qadınlar qoltuqaltını təraş etdikdən sonra antiperspirant istifadə etdikdə isə təhlükə iki dəfə çoxalır. Çünki, təraş dərinin qoruyucu təbəqəsini zədələdiyi üçün kimyəvi maddələr bu məsamələrdən asanlıqla orqanizmə daxil olur. Pulunuzla xəstəlik almaqdansa, evdə özünüz hazırlayın Əgər diqqət etsəniz görərsiniz ki, bizə təklif olunan antipesperantların bəzilərinin üzərində tərkibi haqqında heç bir məlumat yoxdur – necə hazırlanıb, tərkibində nələrdən istifadə edilib – məlum deyil.
Amma antipersperantların demək olar ki, hamısının tərkibinə aliminium ( Al ) elementi vurulduğu məlumdur, çünki tərin qarşısını alan ən vacib maddə odur. Bu sivil terrora “dur!” demək istəyirsinizsə onda aşağıda yazılanıları diqqətlə oxuyun. Bədəndə istənməyən tər qoxularının qarşısını təbii vasitələrlə də almaq mümkündür. Üstəlik bu yolla tərin orqanizmdən xaric olmasının qarşısı da alınmır, sadəcə tərləmə prosesi qoxusuz və vəzarət altında olur. Yazımızda qeyd etdiyimiz xəstəliklərdən uzaq olmaq üçün hazır antipesperantlardan yox, təbii antipesperantlardan istifadə etmək lazımdır. Bunun üçün bizə 2 x.q. düyü nişastası, 1x.q. soda , 3-4 x.q. kakao yağı, 1-2 damcı lavanda yağı, 1 ədəd kapsula şəklində E vitamini lazımdır. Kakao yağını isti su vannasında əridib digər elementləri əlavə edərək qarışdırmaq lazımdır. Lavanda yağının əvəzinə nanə yağı və ya darçın da istifadə etmək olar. Bütün maddələr həll olunduqdan sonra alınan qarışıq buz dolabına qoyulur, bərkidilir və sizin ev üsulu təbii antipesperantız hazırdır. Ev üsuslu antipesperantı toz-pudra kimi də hazırlamaq olar. Bunun üçün 1x.q. soda, 2 .q. uşaq pudrası, 1 ç.q. üyüdülmüş lavanda çiçəyini qarışdırıb, yumşaq kist ilə qoltuqaltına tətbiq etmək etmək olar. Yaxud antipesperant əvəzi iydə yağından istifadə oluna bilər. Onu da qeyd edək ki, təklif etdiyimiz ev üsuslu antiopersperantlar paltarda və qoltuqaltında heç bir iz qoymur.
Lalə Mehralı