Folarin Baloqun dünya çempionatındakı davranışına görə cəzalandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə jurnalist Rob Harris məlumat yayıb.
FIFA ABŞ milli komandasının hücumçusu Folarin Baloqunu dünya çempionatının 1/16 final mərhələsində Bosniya və Herseqovina yığmasına qarşı oyunda aldığı qırmızı vərəqəyə görə 40 min ABŞ dolları məbləğində cərimələyib.
Baloqun sözügedən qarşılaşmada qayda pozuntusuna görə meydandan qovulmuşdu. FIFA-nın qərarı intizam qaydalarının pozulması ilə əlaqədar qəbul edilib.
Xuraman Etibarlı
İnterpress.az






