Trampdan Ağ Evdə yeni LAYİHƏ: Giriş yolu zarafatla “Hörmüz keçidi” adlandırıldı – VİDEObackend

Trampdan Ağ Evdə yeni LAYİHƏ: Giriş yolu zarafatla “Hörmüz keçidi” adlandırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də axşam şouları Trampın Ağ Evdəki yeni hobbisini ələ salıblar.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

ABŞ-nin məşhur axşam televiziya şoularında Donald Trampın Ağ Evin ərazisində apardığı təmir və tikinti işləri geniş müzakirə mövzusu olub.

Tramp jurnalistlər üçün ekskursiya təşkil edərək, giriş yolundakı asfalt örtüyünü ağ qranitlə əvəz etdiyini bildirib.

Şou aparıcıları amerikalıların bu dəyişikliyə “Nəhayət ki, o, sıravi insanlara kömək edən bir iş gördü” deyə zarafatla yanaşdıqlarını qeyd ediblər.

Aparıcılar əvvəlki asfaltın tamamilə qaydasında olduğunu, lakin Trampın yenidənqurma işlərinə vaxt ayırdığını vurğulayaraq yeni yolu zarafatla “Hürmüz keçidi” adlandırıblar.

Xuraman Etibarlı

İnterpress.az