36 milyonluq brilyant qələmi ilə tanınan Saxalinin sabiq qubernatoru həbsxanada beton qarışdırır
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
13 saylı islah-əmək koloniyasında cəza çəkən Saxalin vilayətinin keçmiş qubernatoru Aleksandr Xoroşavin ikinci dərəcəli betonçu ixtisasına yiyələnib.
Keçmiş məmur hazırda həbsxanada səki daşları və bardürlərin istehsalı ilə məşğuldur.
Xoroşavin hələ 2015-ci ildə 100 milyon rubl (təxminən 2 milyon 32 min manat) məbləğində rüşvət aldığı üçün saxlanılmışdı.
Axtarışlar zamanı sabiq məmurun evindən 36 milyon rubl (təxminən 731 min 700 manat) dəyərində brilyant qələmlə yanaşı, 1 milyard rubl (təxminən 20 milyon 325 min manat) nağd pul, qiymətli saat kolleksiyası və bəzək əşyaları tapılmışdı.
O, müasir Rusiya tarixində birbaşa iş yerində həbs edilən ilk qubernator kimi yaddas qalıb.
Xuraman Etibarlı
İnterpress.az






