Rusiyada terror təşkilatlarının tərəfdarları SAXLANILDI – VİDEObackend

Rusiyada terror təşkilatlarının tərəfdarları SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatlarının tərəfdarlarını saxlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

FTX və Daxili İşlər Nazirliyinin əməkdaşları Adıgey və Kabardin-Balkar respublikalarında Rusiyada qadağan edilmiş beynəlxalq terror təşkilatlarının tərəfdarlarını saxlayıblar.

FTX-nin məlumatına görə, saxlanılan şəxslərdən biri Rusiya Müdafiə Nazirliyinin obyektlərindən birində terror aktı törətməyi planlaşdırıb.

Əməliyyatların gedişində şübhəli şəxslərin terror təşkilatları ilə əlaqələrinin və mümkün cinayət planlarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülüb.

Hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az