FT: Ukrayna limanların bağlı qalması səbəbindən 8 milyard dollar itirə bilərbackend

FT: Ukrayna limanların bağlı qalması səbəbindən 8 milyard dollar itirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada taxıl ixracı problemi maliyyə baxımından ciddi itkilərə səbəb ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukraynanın limanları bağlı qalarsa, ölkə qarşıdakı bir il ərzində ən azı 8 milyard dollar (təxminən 13,6 milyard manat) itirə bilər.

Ukrayna bu il 65 milyon ton kənd təsərrüfatı məhsulu ixrac etməyi planlaşdırırdı.

Hazırda ölkədə planın ən azı 50 faizinin yerinə yetirilməsinin belə uğur sayılacağı bildirilir.

Bir sıra ekspertlər isə ilin yekununda göstəricinin bundan da aşağı düşəcəyini düşünür.

Xuraman Etibarlı

İnterpress.az