Keçmiş Soçi meri və həyat yoldaşına HÖKM OXUNDU – 26 ilbackend

Keçmiş Soçi meri və həyat yoldaşına HÖKM OXUNDU – 26 il

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş Soçi meri Aleksey Kopayqorodski 15 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Moskva məhkəməsi Soçinin keçmiş meri Aleksey Kopayqorodskini xüsusilə külli miqdarda rüşvət alma işi üzrə təqsirli bilərək 15 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edib.

Keçmiş merin həyat yoldaşı Yanina Kopaiqorodskaya da günahkar bilinib. O, ümumi rejimli cəza koloniyasında doqquz il müddətinə azadlıqdan məhrum edilib və oxşar cərimə tətbiq edilib.

İstintaq onun ərinin korrupsiya sxemlərində vasitəçi kimi çıxış etdiyini və şahidi yalan ifadə verməyə məcbur etdiyini müəyyən edib. Cütlük günahsız olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az