Musa Musayevin oğlunun Tailandda öldüyü barədə məlumat YAYILDIbackend

Musa Musayevin oğlunun Tailandda öldüyü barədə məlumat YAYILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqalanın keçmiş merinin oğlunun Tailandda öldüyü barədə məlumat yayılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Mahaçqalanın keçmiş meri Musa Musayevin oğlu Əshabali Musayevin Tailandda yol qəzasında öldüyü barədə məlumat yayılıb.

Bildirilir ki, Əshabali bir neçə ay əvvəl Tailandın Phuket adasına gedib və motosiklet qəzasından sonra xəstəxanada aldığı xəsarətlərdən həyatını itirib.

Ailəyə yaxın mənbənin sözlərinə görə, Əshabali Tailandda yaşayış üçün ev alıb və orada qalmağı planlaşdırıb. Yaxınlarının onunla bağlı yas mərasiminə toplandığı da iddia edilib.

Lakin Musa Musayev bu məlumatı təkzib edib. Keçmiş mer Baza ilə söhbətində oğlunun sağ olduğunu və onun ölümü barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. Hazırda hadisə ilə bağlı rəsmi təsdiq yoxdur.

Xuraman Etibarlı

İnterpress.az