Rusiyada zorakılıq törətməyən cinayətlərə görə məhkum edilmiş 35 yaşadək şəxslərin əfv edilməsi təklif olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Təklif “Xraniteli Rossii” ictimai hərəkatının qurultayında səsləndirilib. Təşkilatın yeni sədri, Ukraynadakı müharibədə iştirak etmiş veteran Georgi Volkov zorakılıq xarakterli olmayan cinayətlərə görə məhkum edilmiş 35 yaşadək vətəndaşların əfv edilməsini təklif edib.
Volkov həmçinin azyaşlı uşaqları olan kişi və qadınlara da əfv tədbirinin şamil edilməsini təklif edib.
Onun sözlərinə görə, bu addım humanizmin göstəricisi olmaqla yanaşı, ölkənin demoqrafik potensialının qorunmasına kömək edə bilər. Qurultay iştirakçıları təşəbbüsü yekdilliklə dəstəkləyiblər.
Xuraman Etibarlı
İnterpress.az






