İnternet olmasa belə kompüteriniz izlənə bilər – Yeni KİBERTƏHLÜKƏ – VİDEObackend

İnternet olmasa belə kompüteriniz izlənə bilər – Yeni KİBERTƏHLÜKƏ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnternetə qoşulmayan kompüterin ekranındakı məlumatları oğurlamağın yolu tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici İT mediası məlumat yayıb.

Kibertəhlükəsizlik sahəsində aparılan yeni araşdırma kompüter tamamilə internetdən kəsilmiş olsa belə, ekrandakı görüntüləri kənardan izləməyin mümkün olduğunu üzə çıxarıb.

Bunun üçün cihazı sındırmaq, şifrələri bilmək və ya Wi-Fi şəbəkəsinə qoşulmaq tələb olunmur.

Mütəxəssislər HDMI kabelinin yaydığı elektromaqnit şüalanması vasitəsilə monitordakı təsviri bərpa edən “Deep-TEMPEST” adlı xüsusi alət hazırlayıblar.

Məlumata görə, “TEMPEST” adlı kənar kanal hücumuna əsaslanan bu üsulda siqnalı ələ keçirmək üçün sadəcə antena, gücləndirici və SDR-qəbuledici kifayət edir.

“Deep-TEMPEST” texnologiyasının əsas fərqi isə dərin öyrənmə və neyroşəbəkələrdən istifadə etməsidir.

Süni intellekt əldə edilən zəif siqnalları emal edərək təsvirin keyfiyyətini xeyli yaxşılaşdırır və ekrandakı ən xırda mətnləri belə aydın oxumağa imkan yaradır.

Xuraman Etibarlı

İnterpress.az