Ev dustaqlığı qaydalarını pozan Meqan Marklın atası yenidən HƏBS OLUNDUbackend

Ev dustaqlığı qaydalarını pozan Meqan Marklın atası yenidən HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meqan Marklın atası yenidən həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın 82 yaşlı atası elektron nəzarət qolbağını çıxardığı üçün yenidən saxlanılaraq həbsə alınıb.

Ötən həftə azadlığa buraxılan şəxs ABŞ-nin Florida ştatındakı qocalar evində ev dustaqlığında saxlanılırdı.

Elektron qolbağı çıxarmaqla müəyyən edilmiş qaydaları pozduğu bildirilən Marklın atasının təkrar nəzarətə götürüldüyü qeyd olunur.

Səlahiyyətli orqanlar işə məhkəmədə baxıldığı müddətdə onun konkret olaraq hansı müəssisədə saxlanılacağını hələlik açıqlamayıblar.

Xuraman Etibarlı

İnterpress.az