İnterpress.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı (WHO) gündə bir saatdan çox musiqiyə qulaq asmanın zərəli ola biləcəyini açıqlayıb. Təşkilatın məlumatlarına görə, Dünyada 12-35 yaşlarında olan 43 milyan insan eşitmə qabiliyyətini itirir və bundan şikayət edənlərin sayısı da getdikcə artır.
İnkişaf etmiş və orta səviyyədəki ölkələrdə bu yaş qrupundakıların yarısının fərdi musiqi cihazlarından həddindən artıq çox məşğul olduğunu qeyd edən təşkilat klub və barlarda yüksək səsə məruz qalanların bu səviyyənin 40%-ni təşkil etdiyini bildirir.
WHO-nun əməkdaşı Etyen Kruq deyib ki, gündə bir saat musiqi dinləmək bəs edər. Əgər musiqinin səsi çox yüksəkdirsə bu müddət belə çoxdur.
Təşkilat qulaqlarını qorumaq istəyənlərə səs-küyü çox olan yerlərdə səsin qarşısını alan qulaqcıqlar taxmalarını məsləhət görür. “Bundan əlavə əgər qulaqcıq taxmaq imkanı yoxdusa müəyyən müddətdən bir sakit bir yerə çıxıb qulaqlara istirahət verilməsi lazımdır”.
Dünya Səhiyyə Təşkilatına görə təhlükəsiz səs hədləri belədir
– 85 desibel-Bir maşının içindəki səsin səviyyəsi-8 saat
– 90 desibel-Ot piçən-iki saat yarım
– 95 desibel-Motosiklet-47 dəqiqə
– 100 desibel-Maşın şiqnalı və ya metro vaqonu-15 dəqiqə
– 105 desibel-Səsi axıra qədər açıq mp3 “player”-4 dəqiqə
– 115 desibel-Yüksək səsli rok konserti-28 saniyə
– 120 desibel-Vuvuzela və ya siqnallar-9 saniyə
İnterpress.az