İnterpress.az xəbər verir ki, Sergia Kanavero adlı italiyalı cərrar iki ildən sonra bütün insan bədəninin köçürülə biləcəyini iddia edir. Torinolu həkim yaşayan bir insanın başını bir donordan alınacaq bədənə köçürməyi planlaşdırır.
Elm jurnalı “New Scientist”ə müsahibə verən Konavero proyektini ABŞ-ın Merilend ştatında keçiriləcək konfransda elan etməyə hazırlaşdığını və əməliyyatı edəcək komandanı yığmağı ümid etdiyini deyib. Onun sözlərinə görə, müasir tibb bütün bədənin köçürülməsinə hazırdır.
Ancaq bir çox həkimlər proyektə şübhə ilə yanaşırlar.
Bütün bədənin köçürülməsnin ölümcül xəstəlikləri olan adamın ömrünü uzadacağını qeyd edən S.Kanavero bildirib ki, əgər ictimaiyyət etiraz edərsə bu əməliyyatı etməyəcəm. “Amma ABŞ və Avropadakı insanların istəməməsi bunun başqa yerdə edilməyəcəyi mənasına gəlmir. Doğru olanı etməyə çalışıram”.
Bu əməliyyatın texniki çətinlikləri ilə yanaşı bunun bir ölünün bədəniylə birləşdirilməsi, yeni “insan”ın canlandırılması, beynin heç tanımadığı sinir sisteminə uyğunlaşması və etik məsələlər də var.
Tibb tarixində ilk baş köçürülmsəi 1954-cü ildə Sovvet cərrahı Vladimir Demixov tərəfindən edilib. Kiçik bir itin başı və qabaq ayaqları daha böyük bir itin arxa hissəsinə köçürülüb. Demixapv sonralar da yenə itlər üzərində oxşar əməliyyatlar apardı, amma heyvanlar 2-6 gün yaşadılar.
Bir başın digər başla dəyişdirildiyi ilk uğurlu əməliyyat 1970-ci ildə ABŞ-ın Ohayo ştatında keçirilib. Keys universitetində Robert Vayt adlı həkim rəhbərlik etdiyi qrup bir meymunun başını başqa bir meymuna köçürüb. Amma onurğa sütünunun köçürülməsi alınmayıb.
Buna görə də bədənini tərpədə bilməyən meymun süni tənəffüs aparatına qoşulub. İmmun sistemi yeni başı rədd etdiyi üçün meymun doqquz gün sonra ölüb.
Keçən il Çində bir qrup həkim siçanlar üzərində uğurlu əməliyyatlar aparıblar.
İnterpress.az