Yeni aksiz dərəcələri qüvvəyə mindibackend

Yeni aksiz dərəcələri qüvvəyə mindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 1-dən etibarən Azərbaycana gətirilən spirtli içki, tütün məmulatlarının, eləcə də neft məhsullarının yeni aksiz dərəcələrini qüvvəyə minib.

Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilmiş qərarında deyilir ki, ölkəyə gətirilən səməni pivəsinin 1 litri üçün 1,0 manat (əvvəl bir dollar), təbii üzüm şərabları, üzüm suslosunun 1 litri üçün 2,5 manat, şampan şərabının 1 litri üçün 2,5 manat, viski, rom, cin və ardıc tinkturası, araq, likörlərin 1 litri üçün 6,0 manat təşkil edir. Siqarlar və siqarillaların hər 1000 ədədi üçün 4 manat, siqarların hər 1000 ədədi üçün aksiz dərəcələri 10 manatdır.

Sənədə görə, respublikaya idxal olunan aviasiya benzininin bir tonu üçün aksizlər bir manat (bundan əvvəl bir dollar); mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (bundan əvvəl 250 dollar); mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə 1 ton üçün 120 manat; emalın spesifik prosesləri üçün orta distilyatların 1 tonu üçün 80 manat təşkil edir.

Bundan əlavə, Nazirlər Kabinetinin qərarı ilə, aviasiya yanacağı üzrə aksiz dərəcələri bir ton üçün bir manat; xüsusi benzinlər: uayt-spirit 1 tonu üçün 1,0 manat (əvvəl bir dollar); təbii qazın 1 tonu üçün 1,0 manat; sürtkü yağları və digər yağların 1 tonu üçün 1,0 manat (əvvəl 100 dollar); neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqların 1 tonu üçün 24 manat (əvvəl – 30 dollar); maye yanacağın 1 tonu üçün 1,0 manat və digər neft məhsulları 1 ton üçün 50 manat təşkil edəcək.

İqtisadçııar bildiriblər ki, spirtli içkilərə və siqaretə tətbiq edilən aksiz vergilərinin artırılması bu məhsullara olan tələbatı azaldacaq. Əslində, siqaretin qiymətinin artması bir tərəfdən insanlar üçün faydalıdır. Çünki siqaretin insan orqanizminə olan mənfi təsirini düşündükdə hesab olunur ki, siqaretin qiyməti artarsa insanların ondan istifadəsi azalar. Çünki qiymət ucuz olduqda insanlar bu vərdişdən azad ola bilmirlər. Lakin maddi durumu aşağı olan vətəndaşların sözsüz ki, bahalı tütün məmulatlarından istifadəsi azalacaq.

Ekspertlər deyiblər ki, siqaretin pərakandə satış qiymətinin bahalaşmasını gənclərin və yeniyetmələrin onlardan istifadəsini məhdudlaşdıracaq. Azərbaycan bazarında məhsulların yarısından çoxu xaricdən idxal edilir. Siqaretin pərakəndə satış qiymətinin bahalaşması gənclərin və yeniyetmələrin onlardan istifadəsini xeyli aşağı salacaq.

Onların fikrincə, artırılan qiymətlərin statistikasından belə nəticəyə gəlmək olar ki, 1000 ədəd siqaretin aksiz markası təqribən 3 dəfəyə qədər qalxıb: \”Hökumətin verdiyi qərarlar bir az qəliz ifadə olunduğundan bunu cəmiyyət yaxşı başa düşmür. Amma təqribi hesablamalara əsaslansaq, artım 25% olacaq.

Sosial şəbəkələrdə də bu məsələyə münasibət birmənalı olmayıb. Onların fikrincə, Azərbaycanda siqaretin və spirtli içkilərin bahalaşması gözlənilən qərar idi. Hökumət neftin ucuzlaşması ilə əlaqədar büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün bu cür addımlar həyata keçirir. Dünyanın bütün ölkələrində tütün və spirtli içkilərin qiymətini artırmaq büdcəni artırmaq üçün daha asan vasitələrdən biridir. Çünki bu məhsullar gündəlik daha çox satılır.

Xatırladaq ki, Rusiyada son 6 ildə tamamilə fərqli addım atılıb, bizdəki qiymətə tam əks olaraq spirtli içkilərin qiyməti 20% ucuzlaşıb. Baxmayaraq ki, Rusiyada da ciddi böhrandır. Qonşu ölkədə qiymət ucuzlaşıb, bizdə kəskin şəkildə artırılsa, ciddi fərq yaransa, qaçaqmalçılıq, qeyri-leqal yollarla ölkəyə bu məhsulların gətirilməsi kəskin şəkildə artacaq. Bunun qarşısını almaq üçün hökumət ciddi addımlar atmalıdır.

İnterpress.az