Kökəlməyin yeməklə bağlı olmayan 11 səbəbibackend

Kökəlməyin yeməklə bağlı olmayan 11 səbəbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çox yemirəm amma yenə kökəlirəm deyirsinizsə bu faktorları nəzərdən keçirin. Tez-tez aşağı kalorili pəhriz saxlamağınız, yuxusuzluq, stress, polikistik yumurtalıq sindromu, hamiləliyə qarşı həblər kökəlməyə səbəb ola bilər.
Qidalanmanıza fikir verib və idman etsəniz də kökəlirsinizsə bu başqa sağlamlıq probleminin göstəricisi ola bilər. Qidalanma və dieta mütəxəsssisləri kökəlmənin insanların çoxuna məlum olmayan səbəbləri barədə məlumat verib.

Keyfiyyətsiz yuxu

Lazımi qədər yatıb dincəlmirsinizsə kökəlməyiniz qaçılmazdır. Çünki gecə gec saatlara qədər oturduğunuz zaman hormon nizamlılığında dəyişikliklər yaranır, iştahınız artır və gecə yemək yeməkdən imtina edə bilmirsiniz.

Stress

Stress hormonu olan kortizolun pis təsirlərindən biri də kökəlməkdir. Bununla bərabər stressli olduğunuz vaxt yüksək kalorili qidalar qəbul etməyinizə səbəb ola bilər.

Antidepresantlar

Bəzi antidepresantların ən pis xüsusiyyətlərindən biri də kökəlmədir. Əgər içdiyiniz anti-depresant dərmanların sizi kökəltdiyini düşünürsünüzsə, müalicə planınızda dəyişikliyin edilməsi ilə bağlı həkiminizlə məsləhətləşin. Bundan başqa depresiyanın özünün də çəkinizdə dəyişiklik olmağına səbəb ola biləcəyini unutmayın.

Steroidlər

Steroid anti-iltihab həbləri kökəlməyə səbəb olan dərmanlar kimi pis xüsusiyyəti ilə məhşurdur. Çünki bu növ dərmanlar maye saxlamaqla yanaşı iştahınızın açılmağına da səbəb ola bilər.

Hamiləlik əlehinə dərmanlar

Hamiləlik əlehinə həblərin kökəlməyə səbəb olduğu hesab olunsa da əksinə bu həblərin belə təsiri qısa müddətlidir. Əgər uzun müddət kökəlmə müşahidə olunsa mütləq həkiminizlə məsləhətləşin.

Hipotiroidizm

Trioid xəstəlikləri metobalizmanı yavaşladaraq kökəlməyinizə səbəb ola bilər. Qidalanmağınza diqqət edib və müntəzəm idman etdiyiniz halda keçməyən yorğunluğunuz və kökəlmə probleminiz varsa mütləq trioid müayinəsi üçün həkimə müraciət edin.

Menepoz

Qadınların çoxu menepoz müddətinə daxil olduqdan sonra kökəldiyini iddia etsə də kökəlməyin tək səbəbi menepoz deyil. Qocalma metobalizmanı da ləngidir, beləcə daha az kalori sərf olunur. Ancaq unutmayın hər bir yaşın lazım olan çəkisi ayrı-ayrılıqda hesablanır. Yaş irəlilədikcə gənclik dönəmindəki çəkinizdə olmağa çalışmaq immunitet sisteminizi zəiflədə bilər..

Cushing sindromu

Kökəlmənin əsas səbəblərindən biri də Cushingdir. Astma, artrit və ya lupus kimi romotologik xəstəliklər üçün kortizoldan istifadə Cushing sindromuna səbəb ola bilər. Cushing sindromunda kökəlmə üz, boyun, kürəyin yuxarısı və ya bel ətrafında daha nəzərə çarpan ola bilər.

Polikistik yumurtalıq sindromu

Polikistik yumurtalıq sindromu, uşaq dünyaya gətirmə dövründəki qadınlarda tez-tez müşahidə olunan hormonal bir problemdir. Bu sindromu keçirən qadınların çoxunun yumurtalıqlarında mövcud olan çoxsaylı kiçik kistalar böyüyür. Bu vəziyyət menustrual sikla təsir edərək, hormon nizamsızlığına , həddindən artıq tüklənmə və sızanaqların yaranmasına səbəb olur. Bu vəziyyətdə olan qadınlarda insulinlə bağlı problem də tez-tez müşahidə olunur. Ağır ürək xəstəliyi üçün daha böyük mənfi təsirə malik olan qarın nahiyəsində piylənmə, belə şəxslərdə daha çox müşahidə olunur

Siqareti tərgitmək

Siqareti tərgidən insanlar təxminən 10 kq kökələ bilər. Bunun səbəbi əslində siqareti tərgitmək deyil. Nikotin ehtiyaclarını qidalarla ödəmək istədikləri üçün siqareti tərgidən insanlar kökəlirlər. Siqareti tərgidəndən sonra daha çox aclıq hiss edərək karbohidrat və piy nisbəti çox olan qidalar qəbul edirlər.

Çox tez-tez aşağı kalorili pəhriz saxlamaq

Əgər bədəninizin ehtiyacından daha az enerji və qida maddəsi qəbul edirsinizsə, belə halda əsas metobalizma sürətiniz aşağı düşəcək. Dolayısı ilə bədəninizdə yeməyən amma tez kökələn xüsusiyyət yaranacaq.

İnterpress.az