Noyabrın 5-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, 4-dən 5-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.






