İranda Xameneinin şəklini yandıran gənc ÖLÜ TAPILDI – FOTO/VİDEObackend

İranda Xameneinin şəklini yandıran gənc ÖLÜ TAPILDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Xameneinin şəklini yandırdıqdan sonra gənc ölü tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İranın Luristan əyalətində Xameneinin şəklini yandırdığı videonu paylaşan gənc Omid Sarlak ölü tapılıb.

Polis hadisəni intihar kimi təqdim edib, lakin sosial şəbəkə istifadəçiləri və hüquq müdafiəçiləri bunu “dövlət qətli” adlandırıblar.

Yaxınlarının sözlərinə görə, hakimiyyət ailəyə təzyiq göstərərək intihar versiyasını təsdiqləməyə məcbur edib.

Sarlakın dəfnində insanlar “Diktatora ölüm!” şüarları səsləndiriblər.

Hadisə İranda sosial mediada böyük qəzəb doğurub, #Omidsarlak həştəqi altında paylaşımlar yayılıb.

Xuraman Etibarlı

İnterpress.az