Qadın bankı öz ipoteka borcunu ödəməyə məcbur edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Voloqda sakini 16 min rubl (təxm. 336 man) məbləğində aylıq ipoteka ödənişini vaxtında etmədiyi üçün bank əməkdaşları tərəfindən dəfələrlə zənglərə və evinə gəlmələrə məruz qalıb.
Qadın məhkəməyə müraciət edib və qanunun pozulduğunu sübut edib, çünki bank borcalanı həftədə iki dəfədən artıq narahat edə bilməz.
Nəticədə, məhkəmə bankdan 16 min rubl (borcun tam məbləği) və məhkəmə xərclərini ödəməyi tələb edib.
Bundan əlavə, qadının Federal İcra Xidmətinə şikayətindən sonra banka 50 min rubl (təxm. 1 051 man) cərimə tətbiq olunub.
Xuraman Etibarlı
İnterpress.az






