Ailə dəyərlərini qoruma təşkilatının rəhbəri uşaq alverinə görə HƏBS EDİLDİbackend

Ailə dəyərlərini qoruma təşkilatının rəhbəri uşaq alverinə görə HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada ailə dəyərləri təşkilatının rəhbəri uşaq alverinə görə həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Moskvada ailə dəyərlərini qoruma təşkilatının rəhbəri uşaq ticarətində ittiham olunaraq həbs edilib.

“Ailələr Birliyi, Uşaqlı Ailələr və Sosial Həssas Qruplar” təşkilatının rəhbəri İrina Rudnitskaya yetkinlik yaşına çatmayanların ticarətində ittiham olunur.

Məhkəmə sənədlərində Rudnitskayanın 3 yaşdan 17 yaşa qədər 12 uşağa görə məsuliyyət daşıdığı göstərilir.

Təqsirləndirilən şəxs 22 noyabr tarixinə qədər həbsdə saxlanılıb və 10 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Xuraman Etibarlı

İnterpress.az