Romada orta əsrlərə aid Konti qülləsi iki dəfə ÇÖKDÜ – FOTO/VİDEObackend

Romada orta əsrlərə aid Konti qülləsi iki dəfə ÇÖKDÜ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Romada orta əsrlərə aid Konti qülləsi iki dəfə çöküb.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Roma şəhərinin mərkəzində, Kolizey yaxınlığında yerləşən orta əsr Konti qülləsində bərpa işləri zamanı iki dəfə uçqun baş verib.

İlk uçqundan sonra dağıntılar altından üç nəfər xilas edilib, 64 yaşlı Rumıniya vətəndaşı isə birinci mərtəbədə ilişib qalıb.

Xilasedicilər onu çıxarmağa çalışarkən ikinci çöküntü baş verib, lakin möcüzə nəticəsində heç kim xəsarət almayıb.

Qüllədə ilişib qalan işçi xilas edilərək xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra ərazi bağlanıb, təkrar uçqun təhlükəsi qalmaqdadır.

Xuraman Etibarlı

İnterpress.az