Bəzi insanlar yaş etibariylə gənc olduqları halda, ruhən yaşlanır, bəziləri isə tam əksinə yaşca böyük olduqları halda ruhən gənc qalırlar. İllər keçdikcə başda beyin olmaqla ürək və bir çox orqanlarda dəyişikliklər baş verir. Sağlam qidalanmaq, stressdən uzaq qalmaq, mütəmadi idman etmək, siqaret və spirt kimi zərərli maddələrdən uzaq olmaq kimi bəzi davranışları gündəlik həyat tərzimiz halına gətirməklə yaşlanmağı gecikdirə bilərik.
İnterpress.az xəbər verir ki, Acıbadem Kadıköy Xəstəxanasının mütəxəssisi doktor Berrin Çernoqoriya yaşla birlikdə bədənimizdə baş verən dəyişikliklər və alınması lazım olan tədbirlər haqqında məlumat verib.
1.BEYİN:
30 yaşından sonra beyin hüceyrələri ölməyə başlayır. 30 yaşından sonra beyin hüceyrələri yavaş-yavaş ölür və beyin toxumasında kiçilmə başlayır. Bu hadisə 50 yaşlarında beyin çəkisində azalmaya gətirib çıxarır və hər 10 ildə 2-3 faiz nisbətində azalma meydana gəlir. Bu dəyişikliklərə bağlı olaraq da beynin yeni məlumat öyrənmə sürəti azalır. Ancaq köhnə məlumatlar dəqiqliklə saxlanır. “Kitabxana”nın üst rəfləri, yəni yeni məlumatlar ən kiçik bir sarsıntıda yıxılarkən, köhnə məlumatların saxlandığı alt rəflər daha sabit qalır.
Həftədə 2 dəfə balıq yeyin:
Beyin yaşlanmasını bəlli bir səviyyədə gecikdirmək əlinizdədir. Həftədə ən az 2 dəfə balıq yeməli, siqaret və spirtdən uzaq durmalısınız. Ayrıca zehni işlədən məşqlər, krassvordların həlli və ya gündəlik xəbərləri ətraflı təqib etmək də beyin sağlamlığı üçün olduqca faydalıdır.
2.ÜRƏK:
Yaş artdıqca ürək böyüyür. 40 yaşından etibarən ürəyimiz də yaşlanmağa başlayır. Ürək həcmində artım meydana gəlir. Çünki sol mədəcik divarı qalınlaşır və qarıncıklararası bölmə yüngülcə böyüyür. Ürəyin dəqiqədə qovduğu qan miqdarında əhəmiyyətli azalma görünür.
Bu azalma hər il 1 faiz qədər olur. Ayrıca səthi damarlar da diqqətə çarpır. Bütün bu yaşanan dəyişikliklər sonrasında ürəyiniz problemlərə açıq vəziyyətə gəlir.
Sağlam bəslənin, siqaretdən uzaq durun və idman edin. Ürək sağlamlığınızı qorumaq üçün mütləq siqareti atın. Yağdan istifadəni azaldın. Kalium ürəyin quruluşunu qoruyan minerallar arasında yer alır. Bu səbəblə potasyumla zəngin banan, ərik və kartof kimi qidalarla bəslənin. Bol miqdarda sarımsaq istifadə edə bilərsiniz. Yağ, duz, kalori və xolesterini aşağı olan yeməklərlə qidalanın. Ayrıca mütəmadi məşq və gəzinti etmək də ürək sağlamlığınızı qoruyar.
3.GÖZ:
40 yaşdan sonra görmə zəifləyir. Yaşlanma ilə görmə qabiliyyəti də dəyişir. 40 yaşından sonra göz obyektinin sərtliyi artır. Bu səbəblə gözün obyektlərə fokuslanması üçün lazım olan forma dəyişikliyi həyata keçirilə bilmir. Nəticədə 50 santimetrdən daha yaxını görmədə məsafəsində çətinliklər yaşanır.
Normal göz 40 yaşında +1, 50 yaşında +2, 60 yaşında +3 nömrəyə yaxın eynəyə ehtiyac duyur. Burada qəbul edilməsi lazım olan əksikliklərimizin fərqinə varmaq, qəbul etmək və həlli müddətini tapmaqdır.
C və E vitaminləri ilə bəslənin
Görmə qabiliyyətiniz çox əhəmiyyətli funksiyaya malikdir. Yaxın məsəfə eynəyindən istifadədən imtina etməyin və dünyada hələ görəcəyiniz bir çox şey olduğunu unutmayın. Göz sağlamlığını qorumaq üçün C və E vitaminləri baxımından zəngin qidalar qəbul edin, sink əlavəsini də ala bilərsiniz. Mütəmadi göz müayinəsi etdirməyə də laqeyd yanaşmayın.
4.QULAQ:
30 yaşdan sonra eşitmə siniri yavaşlayır.Yenə 30 yaşlardan etibarən yaşla bağlı olduğu hesab edilən və eşitmə qabiliyyətini itirməyə başlayan bir başqa organ qulaqdır. Çünki qulağa gedən və qidalanmanı təmin edən damarlar qan dövranı vəzifəsini tam olaraq yerinə yetirə bilmir.
Bundan əlavə eşitmə siniri yaşlanır və beyindəki eşitmə mərkəzinin funksiyası yavaşlayır. Xarici qulaq kanalındakı epidemiyanın miqdarının artması qulaq kiri çoxalmasına gətirib çıxarır. Bu da eşitmə keyfiyyətini azaldır.
Çox yüksək səsli musiqi dinləməyin
Çox yüksək səsli musiqi dinləməmək xüsusilə gənc yaşlarda eşitmə və qulaq sağlamlığınızı qorumaq üçün alınacaq tədbirlər arasındadır. Eşitmənizdə problem yaranırsa mütləq mütəxəssisə-lora müraciət edin.
5.SÜMÜKLƏR:
Menopozdan sonra sümük əriməsi başlayır. Bədənin ən əhəmiyyətli ehtiyaclarından olan D vitamini qadınlarda xüsusilə menopozdan sonra azalır. D vitamini yaşanan bu azalma xüsusilə qadınlarda sümük əriməsini özü ilə birlikdə gətirir.
Günəş şüalarından faydalanın
Sümük əriməsindən qorunmaq üçün günəş şüalarından lazımınca faydalanmalısınız. Ancaq xüsusilə saat 11:00-16:00 vaxt arasında günəşə məruz qalmamağa çalışın. Sümük əriməsi problemi hər zaman nəzərinizdə olsun və mütləq mütəmadi sağlamlıq müayinələrinizi etdirin.
İnterpress.az