“Həştaq” effektibackend

“Həştaq” effekti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məsələyə fərqli yanaşmaları bir arada toplamağa və hər yanaşmanın özünəməxsus haqlı tərəflərini nəzərdən keçirməyə çalışıb.

Təəssüf ki, qadına qarşı zorakılıq hallarının statistik göstəriciləri artımla müşahidə edilir. Bununla belə, vəziyyətlə əlaqədar profikaktik tədbirlərin görülməsi də vacib amilə çevrilib. Həştaqa ürəklə qoşulanlarla yanaşı, məsələyə yanaşmanın fərqli nəticələr doğura biləcəyini də fikirləşənlər var. Belə ki, qadına qarşı zorakılığın bütün hallarının “qadın qətillərinə son” ifadəsi altında birləşməsi ölkə üçün gözlənilən nəticələri verməyə, əksinə provakasiya üçün zəmin yarada bilər.

“Həştaq” effekti

Əvvəla həştaqdan ilk dəfə istifadə edən Təmiz Dünya Qadinlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın məsələ ilə bağlı fikirlərini təqdim edirik. Mehriban xanım bildirib ki, o, ölkənin imicinə zərər vuracaq heç bir addım atmaz:

“Bu baxımdan keçirilən aksiya kiməsə xoş gəlmək üçün deyil, biz öz problemlərimizi ölkə çərçivəsində həll edə bilərik və edirik. Lakin qadına qarşı zorakılıq təkcə qətllərlə müşahidə edilmir. Eyni zamanda döyülən, xəsarət alan, selektiv abortlar, qanunsuz doğulan uşaqlar, küçə uşaqlarının olması bu sıradandır. Ən optimal yol social işçilərin münaqişəli ailələrə istiqamətləndiriliməsi, vəziyyətin qiymətləndirilməsi və yerindəcə müdaxilənin edilməsidir. Bu zorakılığın və qətllərin sayını azaldar. Biz sadəcə qanun çərçivəsində fəaliyyətlərin təkmilləşdirilməsini istəyirik”.

“QHT xeber” saytının redaktoru ,peşəkar təlimçi Sənan Nəcəfov isə suallarımızı cavablandırarkən, bu axımın qrant almaq üçün başladılması iddialarına da fikrini bildirib:

“Məncə qrant şousu deyil. Xaricdən qrantlar bəlli bir qrupa verilir. O qrup isə işini tamam fərqli taktika üzərində qurub. Azərbaycanda xüsusi qrant bossları var ki, onların razılığı, icazəsi, rəyi olmadan ən güclü QHT-yə belə 1 sent də verməzlər. Digər tərəfdən qanunlar dəyişdirilib deyə əvvəlki kimi qrant meydanında at oynada bilmirlər. Bildiyim qədəri ilə bu kampaniyanın təşkilatçıları xaricdən qrant davası edən deyillər. Sadəcə bir çağrışdır. Amma yanaşma düz deyil. Azərbaycanda məişət zəmində hadisələr olur, faciə baş verir. Amma bu o demək deyil ki, hamı əlinə balta, yaba, dəryaz alıb düşüb qadın ovuna”.

“Həştaq” effekti

Müsahibimiz bu cür problemlərlə mübarizə üçün yeni yollar təklif edib:

“Statistikaya baxsaq, rəqəmlər bizi narahat edəcək. Azından bir qadının belə qətlə yetirlməsi faciədir, bir ailənin çökməsi, uşaqların kimsəsiz qalmasıdır. Bununla razılaşmamaq mümkün deyil. Sadəcə mən deyirəm ki, qadına qarşı şiddətə son, qadına qarşı zorakılığa son kampaniyaları aparılarsa, daha aydın olar. Həştəq sosial şəbəkə alətidir, fikirləri, eyni düşüncəıləri bir yerə toplayır. Mən bu həştəqdə nəsə yazmaqla əlinə qılınc alıb hər şeyi qılıncdan keçirənlərlə eyni fikirdə olduğumu göstərə bilmərəm. Mən təklif edirəm ki, gəlin bunun üçün normal fəaliyət planı hazırlayaq, təsir mexanizmlərini düşünək, cəmiyyətə fərqli yöndən izah edək”.

Sənan bəy sonda bu sözləri qeyd edib:

“Əlinə balta alıb xanımını qətlə yetirən Məşədi Sijimquluya həştəqlə təsir etmək mümkündürsə, onda ictimai nəqliyyatda əlində siqaret, digər əlində mobil telefon, saatda 80km-l sürətlə avtobus idarə edən Məmmədə də buklet paylayın. Bütün yol boyu oxuyub, sizlərə dua edəcək”.

Nəticə olaraq aydın olur ki, mübarizə üçün niyyətimiz, əzmimiz nə qədər doğrudursa, mübarizə üsullarımız da bir o qədər doğru hesablanmalı və tətbiq olunmalıdır.

Aytək Yusifsoy
İnterpress.az