Bakı Nəqliyyat Agentliyinə 46 milyon ayrılacaqbackend

Bakı Nəqliyyat Agentliyinə 46 milyon ayrılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyinə istinadən xəbər verir.

Bakı Nəqliyyat Agentliyinə nəzərdə tutulmuş 46 mln. manat vəsaitin 2,8 mln. manatı və ya 6,1%-i Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Mərkəzinin saxlanılması ilə bağlı xərclərə, 3,2 mln. manatı və ya 7,0%-i Bakı şəhərində avtonəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclərə, 40 mln. manatı və ya 86,9%-i isə nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və nizamlanması, sərnişindaşımada avtomobil nəqliyyatı xidmətinə nəzarətin təşkili, nəqliyyatın hərəkətinin tənzimlənməsi və digər tədbirlərin görülməsi ilə bağlı xərclərə yönəldiləcək.

Eyni zamanda, 2017-ci ilin dövlət büdcəsinin layihəsində ilk dəfə olaraq Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə ayrı-ayrılıqda 250 min manat vəsait proqnozlaşdırılıb.

İnterpress.az