Bazarlarda inək əti dana əti adına satılır – VİDEObackend

Bazarlarda inək əti dana əti adına satılır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mütəxəssislər dana əti ilə inək əti arasındakı ən böyük fərqin rəngi olduğunu bildirir. İnək əti nisbətən qoca və dişi heyvanlara məxsus olur ki, onu da rahatlıqla müəyyənləşdirmək mümkündür. Çünki doğmaq potensiyalı olan gənc və sütlün inəyi adətən kəsmirlər.

İnək ətinin satışına isə heç bir qadağa yoxdur. Bu ətlər də labaratoiyadan keçirildikdən sonra satışa çıxarıla bilər. Ancaq sahibkarların dana əti adı ilə müştəriyə inək əti satmasına qanunla icazə verilmir.

Qanunla cərimələr nəzərdə tutulsa da alıcılar aldanmamaq üçün ət alarkən bu amillərə diqqət etsələr yaxşıdır.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

İnterpress.az